"Hər bir şəxs sabitliyin müdafiəsində, milli müstəqilliyimizin keşiyində durmalıdır" - Samir Adıgözəlli

img

10-07-2018 [18:20]


"Açıq-aşkar ölkəmizdə vətəndaş qarşıdurmasına, sabitliyin pozulmasına rəvac verən addımlar atılır. Heç şübhəsiz ki, bu məqsədyönlü hərəkətlər Azərbaycan əleyhinə bəzi dairələr tərəfindən idarə olunur". 

Bu sözləri Mia.az-a siyasi məsələlər üzrə ekspert Samir Adıgözəlli deyib.

O, açıqlamasında təəssüflənib ki, bəzi vətəndaşlarımız aldadılaraq bu qaranlıq dairələrin məqsədləri üçün istifadə edilir: 

"Bu gün məmur özbaşınalığından danışan və ona qarşı sərt mövqeyini bildirən ən birinci cənab prezident İlham Əliyevdir. Onun ən son xəbərdarlığı da məhz həddini aşmış məmurlara qarşıdır. 

Vətəndaş cəmiyyətinin üzvləri və bütövlükdə insanlarımız prezidentin bu prinsipial mövqeyinə dəstək olmalıdır. Başa düşməliyik ki, bu gün, xüsusilə sosial şəbəkələrdə heç bir əsası olmadan yayılan şaiyələr milli maraqlarımıza ziddir. Hər hansı bir məmura nifrətimizi bu şaiyələrə uyaraq ifadə edə bilmərik. Mənşəyi bilinməyən, gah dindar, gah da demokratiya donuna bürünmüş təxribatçı qrupların bu gün Gəncə və gəncəlilər adından danışmağa heç bir haqqı yoxdur. Əslində Gəncədə baş vermiş sui-qəsd hadisəsi bütünlükdə Azərbaycanı qarışdırmağa yönəlmiş təhlükədir.

 Özünü bu vətənin övladı hesab edən, siyasi mövqeyindən və ideoloji baxışlarından asılı olmayaraq hər bir şəxs bu gün ölkəmizdə sabitliyin müdafiəsində, ən əsası isə milli müstəqilliyimizin keşiyində durmalıdır".

Digər xəbərlər
SON XƏBƏRLƏR