Bakıda bu yollar bağlanacaq - Sürücülərə müraciət + SİYAHI

img

10-07-2018 [18:03]


 Bakının Xətai rayonunun Məhəmməd Hadi küçəsində aparılan təmir-tikinti işləri ilə əlaqədar bu gecə Ukrayna dairəsində hərəkət məhdudlaşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Mia.az-a verilən məlumata görə, küçədə asfalt-beton örtüyünün yenilənməsi işlərinə start verilir.

"Bununla əlaqədar olaraq dairədən Gəncə prospekti, Neapol küçəsi və Məhəmməd Hadi küçəsinin "Əhmədli" metrostansiyası istiqamətində hərəkət qismən məhdudlaşdırılacaq.

Ukrayna dairəsində təmir işləri bir-neçə gün davam edəcək. Bu müddət ərzində dairədə hissə-hissə hərəkət müəyyən istiqamətlər üzrə məhdudlaşdırılacaq.

Sıxlığın yaranmaması üçün sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələri tövsiyyə olunur.

Yaranan müvəqqəqi narahatlığa görə Agentlik vətəndaşlardan üzr istəyir və aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir".

Digər xəbərlər
SON XƏBƏRLƏR