ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı Hack forumu Hack forumu PDO Kullanımı Warez Mavi orkide 11 vəkil haqqında intizam icraatı başlanıb - Kollegiyada toplantı - mia.az
Şriftin ölçüsü / 327 dəfə oxunub

11 vəkil haqqında intizam icraatı başlanıb - Kollegiyada toplantı

10 Iyul 2018 [17:27]
Vəkillər Kollegiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Vəkillər Kollegiyasından verilən məlumata görə, iclasda üzvlük haqqını altı aydan artıq müddətdə üzrsüz səbəbdən ödəmədikləri üçün "Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun tələbinə əsasən, 11 vəkil haqqında Vəkillərin İntizam Komissiyasında intizam icraatının başlanması barədə qərar qəbul edilib.

İclasda vəkillər barəsində başlanılmış 15 intizam icraatı üzrə Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılaraq müvafiq qərarlar qəbul edilib. Həmçinin peşə borcunun həyata keçirilməsi ilə bağlı qanunvericilik aktlarının tələblərinin, vəkillərin davranış qaydaları haqqında Əsasnamənin, o cümlədən vəkil etikası normalarının pozuntusu əsası ilə vəkil Ağayev Fuad Arif oğluna töhmət verilib.

Məlumatda həmçinin bildirilir ki, Rəyasət Heyətinin dünən keçirilən iclasından dərhal sonra vəkil Fuad Ağayev tərəfindən mətbuata barəsində aparılan intizam icraatı ilə bağlı təhrif olunmuş məlumatlar verilib: "Bununla əlaqədar Rəyasət Heyəti bildirir ki, Vəkillərin İntizam Komissiyası tərəfindən vəkil Fuad Ağayevin öz iştirakı ilə aparılmış araşdırma nəticəsində müəyyən edilib ki, vəkil Fuad Ağayev öz müvəkkili ilə görüş zamanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin cəzaçəkmə müəssisələrindən birinin əməkdaşlarının qanuni fəaliyyətinə maneçilik törədib, həmin müəssisənin rəhbərliyinin ünvanına təhqiramiz ifadələr işlədib. Həmçinin, Cəzaların İcrası Məcəlləsinin müəyyən etdiyi müddətləri gözləməməklə vəkil Fuad Ağayev öz müvəkkilinə göndərdiyi məktubun və sənədlərin cəzaçəkmə müəssisəsi tərəfindən çatdırılmaması ilə bağlı sosial şəbəkədə, internet resurslarda əsası olmayan məlumatlar yaymaqla ictimaiyyəti çaşdırıb”.

Bununla da vəkil Fuad Ağayev tərəfindən "Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 3-cü hissəsinin, 16-cı maddənin 1-ci hissəsinin, 18-ci maddəsinin və vəkillərin davranış qaydaları haqqında Əsasnamənin 1.2, 2.5, 2.7 və 2.13-cü maddələrinin tələblərinin pozuntusuna yol verildiyi müəyyən olunub.



ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı Hack forumu Hack forumu PDO Kullanımı Warez Mavi orkide
SON XƏBƏRLƏR