10 Iyul 2018 [16:33]
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində ("Qaçqınkom") məcburi köçkünlərin növbəti qəbulu keçirilib.
Dövlət Komitəsindən Mia.az-a verilən məlumata görə, qəbulda Dövlət Komitəsinin sədri, sədr müavinləri, şöbə və departament müdirləri, ərazisi işğal olunmuş rayonların icra hakimiyyəti başçılarının müavinləri iştirak ediblər.
Məcburi köçkünlərin müraciətləri, əsasən, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, kommunal xidmətlər və digər sosial problemlərlə bağlı olub.
Qəbula gələnlərin hər birinin müraciəti dinlənilib və müvafiq tədbirlər görülməsi üçün tapşırıqlar verilib.