Şriftin ölçüsü / 1172 dəfə oxunub

"Qardaşlığımızın güclənərək davam edəcəyinə inanıram" - Ərdoğan Bakıda mesaj verdi

10 Iyul 2018 [15:14]
"Dünən andiçmə mərasimimizi keçirdik, yeni hökumətimizin tərkibini açıqladıq. Ardınca isə Azərbaycanda prezident seçkilərindən dərhal sonra qardaşım İlham Əliyev bizi necə ziyarət etdisə, biz də ilk səfərimizi Azərbaycana edirik”.

Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan AZƏRTAC-a və Azərbaycan Televiziyasına müsahibəsində deyib.

R. T. Ərdoğan bildirib ki, Türkiyə və Azərbaycan qardaşlıqlarını "bir millət, iki dövlət” anlayışı ilə bu günə qədər gətirib: "Bu qardaşlıq mesajımızı azərbaycanlı qardaşlarımıza ən güclü şəkildə çatdırmaq istəyirik. Bu gün İlham Əliyevlə təkbətək görüş keçirəcəyik. Sonra nümayəndə heyətləri arasında görüş olacaq. Ardınca isə mətbuata açıqlama ilə qarşımızdakı hədəflərimizi ifadə edəcəyik. Bu qardaşlığımızın güclənərək davam edəcəyinə inanıram. Bunu TANAP-da gördük, bunu TAP-da gördük, bunu xüsusilə Əliağa neftayırma zavodunda atılan addımlarda gördük. Bundan sonra bunlar daha güclü şəkildə davam edəcək. Mən şəxsən öz adımdan, millətim adından bütün azərbaycanlı qardaşlarıma salam, sevgi və ehtiramımı çatdırıram".


SON XƏBƏRLƏR