ƏƏSMN-də İctimai Şura toplandı, yeni İşçi Qrupu yaradıldı

img

10-07-2018 [14:42]


Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında fəaliyyət göstərən İctimai Şuranın növbəti iclası keçirilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Mia.az-a verilən məlumata görə, Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, əmək və sosial müdafiə sahələrində əhaliyə xidmətlər şəbəkəsinin tam şəffaflaşdırılması və vətəndaş məmnunluğuna nail olunması üçün aparılan islahatları diqqətə çatdırıb. 

O, sosial müdafiə tədbirlərinin, aktiv əmək bazarı proqramlarının təşkilində və islahatlar prosesində ictimai nəzarət mexanizminin önəmini qeyd edib.

Nazir İctimai Şuranın ictimai iştirakçılıq müstəvisində bu yöndə, habelə nazirliyin sosial sifarişləri üzrə ixtisaslaşmış QHT-lər tərəfindən sosial xidmət layihələrinin keyfiyyətlə yerinə yetirilməsinə ictimai nəzarətin həyata keçirilməsində, fəaliyyət sahələrində şəffaflığın təmin olunması işlərində yaxından dəstək verməsinin vacibliyini diqqətə çatdırıb. S.Babayev bildirib ki, Şurada geniş əhali qruplarını əhatə edən 15 vətəndaş cəmiyyəti institutu təmsil olunur. Sosial müdafiə və aktiv məşğulluq tədbirlərinin hazırlanması və icra mexanizminin həmin əhali qruplarının mənafelərinə uyğun təkmilləşdirilməsində, nöqsan və çatışmazlıqların aşkar edilməsi və aradan qaldırılmasında, habelə müvafiq istiqamətlər üzrə izahat və maarifləndirmənin aparılmasında Şuranın fəal iştirakı çox önəmlidir.

Əmək, məşğulluq, sosial müdafiə sahələrində həyata keçirilən tədbirlərə ictimai nəzarətin və bu sahələrdə şəffaflığın təmin olunmasında, nöqsan və çatışmazlıqların aşkar edilərək aradan qaldırılmasında, müvafiq qanunvericilik aktlarının təkmilləşdirilməsində İctimai Şuranın nazirlik ilə birgə fəaliyyətinin daha səmərəli və məqsədyönlü təşkili üçün təkliflər müzakirə olunub.

İctimai Şuranın tərkibində ayrı-ayrı fəaliyyət sahələri üzrə işçi qrupları yaradılıb. 

Digər xəbərlər
SON XƏBƏRLƏR