ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı Hack forumu Hack forumu PDO Kullanımı Warez Mavi orkide Saat 11:00-17:00-dək kölgədən çıxmayın! - Nazirlikdən dəhşətli istilərə görə XƏBƏRDARLIQ - mia.az
Şriftin ölçüsü / 512 dəfə oxunub

Saat 11:00-17:00-dək kölgədən çıxmayın! - Nazirlikdən dəhşətli istilərə görə XƏBƏRDARLIQ

10 Iyul 2018 [14:27]

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraiti ilə bağlı növbəti xəbərdarlıq yayıb.

Qurumdan Mia.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasındaiyulun 11-12-də havanın maksimal temperaturunun 35-40 dərəcə olacağı gözlənilir.

"Anomal isti hava şəraiti ilə bağlı günorta saatlarında 11:00-17:00-dək günəş şüalarının birbaşa təsiri altında uzun müddət olmaq risklidir, günəş şüalarından qorunmaq üçün mümkün vasitələrdən istifadə etməyinizi tövsiyə edirik”,-nazirlik bəyan edib.

Azərbaycanın rayonlarındaiyulun 11-dən və iyulun 13-dək hava şəraitinin anomal isti keçəcəyi, havanın maksimal temperaturunun 35-40, Naxçıvan MR-sı və Mərkəzi Aran rayonlarının bəzi yerlərində 41-43, dağlıq rayonlarda 28-33 dərəcəyədək yüksələcəyi gözlənilir.




ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı Hack forumu Hack forumu PDO Kullanımı Warez Mavi orkide
SON XƏBƏRLƏR