Ərdoğan Fəxri və Şəhidlər xiyabanlarında oldu - Prezident şəhəri seyr edib

img

10-07-2018 [14:17]


Azərbaycanda səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anıb, məzarı önünə əklil qoyub.

"Anadolu” agentliyi xəbər verir ki, Ali qonaq görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini yad edib, məzarı üzərinə tər güllər düzüb.

Sonra Rəcəb Tayyib Ərdoğan Şəhidlər xiyabanını ziyarət edib. Burada onun şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edib. Türkiyə Prezidenti "Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Türkiyənin və Azərbaycanın dövlət himnləri səsləndirilib.

Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən ali qonağa Şəhidlər xiyabanının tarixi və paytaxtda görülən abadlıq-quruculuq işləri barədə məlumat verildi.

Dövlət başçısı Bakıdakı Türk şəhidliyini ziyarət edib, 20-ci əsrin əvvəllərində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş türk əsgərlərinin şərəfinə ucaldılan abidə önünə əklil qoyub, xatirə dəftərini imzalayıb.



Digər xəbərlər
SON XƏBƏRLƏR