ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı Hack forumu Hack forumu PDO Kullanımı Warez Mavi orkide "Hakimiyyət nümayəndəsinə silah qaldıran şəxsdən qəhrəman düzəltmək düzgün deyil" - Deputat - mia.az
Şriftin ölçüsü / 140 dəfə oxunub

"Hakimiyyət nümayəndəsinə silah qaldıran şəxsdən qəhrəman düzəltmək düzgün deyil" - Deputat

10 Iyul 2018 [13:08]
"Yunis Səfərovdan "qəhrəman” düzəltmək istəyirlərsə, bu, sadəcə təəssüf doğuracaq məqamdır”.

Bu barədə "Sherg.az”a Gəncə şəhərinin icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsd törədən Yunis Səfərovun qəhrəmana çevrilməsindən və bu məsələ ilə bağlı itaətsizliyə çağırışlardan danışarkən millət vəkili Çingiz Qənizadə bildirib.

Onun sözlərinə görə, bu addım Azərbaycanı sevməyən, düşmən kəsilən şəxslərin əməli ola bilər:

"Dövlət və hakimiyyət nümayəndəsinə silah qaldıran şəxsdən qəhrəman düzəltmək düzgün yanaşma deyil. Mən artıq mətbuatdan məlumat aldım ki, Əlikram Hümbətov də digərləri Y.Səfərovun hüquqlarını müdafiəsi ilə bağlı təşkilat yaratmaq üçün çağırış ediblər. Hansı hüquqlardan söhbət gedir? O, hakimiyyət nümayəndəsinə silahdan atəş açaraq, sui-qəsd törədib. Birbaşa bu cinayətin icraçısıdır. Ola bilər, cinayətin digər sifarişçiləri, digər iştirakçıları və arxasında dayanan qüvvələr olsun. Azərbaycan Respublikası Prokurorluğunun ciddi araşdırma apararaq, cinayətin səbəblərini ortaya qoyacağını düşünürəm. Bu cinayətdə əli olan hər kəs məsuliyyətə cəlb edilərək, qanun qarşısında cavab verəcək.

Bəzi qüvvələr isə baş verən hər bir bədbəxt hadisə üzərində özlərinin çirkin niyyətlərini həyata keçirməyə çalışırlar. Ortada insan taleyi olsa belə, sevinc hissi ifadə edirlər. Bu, yolverilməzdir, insanlığa yaraşmayan addımdır. Kimliyindən və motivindən asılı olmayaraq, Prezidentin bölgədəki nümayəndəsinə edilən sui-qəsd lənətlənməlidir”.

Azərbaycanın ən stabil ölkələrdən biri olduğunu xatırladan parlamentari diqqətə çatdırıb ki, islamı, türkü sevməyənlər dövlətimizin işıqlı gələcəyinə təsir etmək məqsədilə stabilliyi pozmağa çalışırlar:

"”Sapı özümüzdən olan baltalar” sosial çağırışlar edib, insanları radikal addımlar atmağa səsləyirlər. Bu cür addım atan şəxslərin araşdırılıb, qanunda nəzərdə tutulan qaydada məsuliyyətə cəlb ediləcəyinə əminəm. Çünki Mingəçevir İES-dəki qəzadan sonra cənab prezidentin təşkil etdiyi müşavirədə daxili işlər naziri cənab Ramil Usubov da bildirdi ki, ölkədə bəzi arzuolunmaz çağırışlar edilir və həmin çağırışı edənlərin müəyyənləşdirilməsi istiqamətində iş aparılır.

Azərbaycan xalqı müdrik xalqdır və aprelin 11-də keçirilən seçkilər göstərdi ki, xalqımız prezidentin ətrafında sıx birləşib. Bütün dünyada olduğu kimi, ölkəmizdə də Prezidentin siyasi kursuna zidd çıxış edən şəxslər də var. Onlar isə mövqelərini itaətsizliklə deyil, qanun çərçivəsində ortaya qoymalıdırlar. Sosial çağırışlar etməklə müşahidə olunan vəziyyət artıq qanun pozuntusudur. Bir daha qeyd edirəm, baş verən hadisə hansı motiv daşımasından asılı olmayaraq, dövlət və hakimiyyət nümayəndəsinə qarşı törədildiyinə görə pislənməli, cinayətkarlar layiqli cəzasını almalıdır”.



ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı Hack forumu Hack forumu PDO Kullanımı Warez Mavi orkide
SON XƏBƏRLƏR