10-07-2018 [12:21]
Qida Təhlükəsizliyi Agentliyinə iki sədr müavini təyin olunub.
Azərbaycan prezidenti İlham Əliyevin iyulun 9-da imzaladığı sərəncamlarla Rəşad Məcnun oğlu Mafusov və Balarəhim Mirzəağa oğlu Quliyev Qida Təhlükəsizliyi Agentliyinə sədr müavini təyin edilib.
Qeyd edək ki, Rəşad Məcnun oğlu Mafusov 24 avqust 1977-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində Ticarətin və istehlak kooperasiyasının iqtisadiyyatı və idarə edilməsi ürə bakalavr və Biznesin idarə edilməsi - Maliyyə və Kredit üzrə magistr (MBA) elmi dərəcəsi alıb.
Əmək fəaliyyətinə 1998-ci ildə "Azəriqaz” QSC-də başlayıb. 2004-2006-cı illərdə "Azərnəqliyyatbank” ASC-də müxtəlif rəhbər vəzifələrdə çalışıb. 2006-2017-ci illər ərzində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi sistemində fəaliyyət göstərib. Azərbaycan hökuməti ilə Dünya Bankının birgə həyata keçirdiyi "Səhiyyə Sektorunda İslahatlar Layihəsi”nin direktoru, Analitik Ekspertiza Mərkəzində direktor müavini, Qlobal Fond tərəfindən maliyyəşdirilən HİV/AİDS, vərəm və malyariya ilə mübarizə layihəsi”nin direktoru və Tibb texnikasının təmiri və quraşdırma baza zavodunun direktoru vəzifələrində çalışıb. 2013-2015-ci illərdə Nazirliyin "Özəl tibb müəssisələrinin Lisenziyalaşdırılması” komissiyasına rəhbərlik edib. 2017-ci ildən 2018-ci ilin fevral ayınadək Azərbaycan Əmanətlərin Sığortalanması Fondunda Maliyyə şöbəsinin rəisi vəzifəsində çalışıb. 2018-ci ilin fevral ayından Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Aparat rəhbəri vəzifələrində işləyib.
Balarəhim Mirzəağa oğlu Quliyev isə 25 dekabr 1967-ci ildə Bakı şəhərində anadan olub. Ali təhsilini Qidalanma Gigiyenası üzrə sanitariya həkimi ixtisası istiqamətində Azərbaycan Dövlət Tibb Universitetində alıb.
1992 - 2005 ci illərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Bakı şəhər Gigiyena və Epidemiologiya Mərkəzində Qida gigiyenası həkimi vəzifəsində çalışıb. 2005 - 2010 cu illərdə sahibkarlıq fəaliyyəti ilə məşğul olub. 2010–2014-cü illərdə özəl tibb şirkətində biznesin inkişafı üzrə menecer və direktor müavini vəzifəsində çalışıb. 2014-2015-ci ilin aprel ayınadək Suraxanı Tibbi Bərpa Mərkəzində direktor işləyib. 2015-ci ilin aprel ayından 2018-ci ilədək Dövlət Baytarlıq Nəzarəti Xidmətində rəis müavini vəzifəsində çalışıb. 21 yanvar 2018-ci il tarixindən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Təftiş və Dövlət Nəzarəti şöbəsinin müdiri vəzifəsində çalışıb. O, dövlət qulluğunun kiçik müşaviridir.
APA
Əməkdar artist Cavanşir Məmmədov vəfat edib
Medianın İnkişafı Agentliyi jurnalistlərə çağırış edib - Səbəb
Zakir Həsənov Quru Qoşunlarının generallarını topladı, tapşırıqlar verildi - MN-də müşavirə (VİDEO)
Sabah hava necə olacaq? - Proqnoz
BMT-nin Baş katibindən Bakı ilə İrəvan arasındakı anlaşmaya reaksiya: "Razılaşmanı alqışlayırıq"
Bakıda 21 yaşlı oğlan 22 yaşlı qızı bıçaqladı
"Qazaxlı Alik"in oğlu Fuad Muradovun məhkəməsi başlayır
Blinkendən 4 kəndinin Azərbaycana qaytarılması haqda - Açıqlama
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampın məhkəməsinin qarşısında bir nəfər özünü yandırıb
Mətbuat katibi: "Dörd kəndin Azərbaycana qaytarılması çoxdan gözlənilən tarixi hadisədir"
Buraxılış imtahanının nəticələri elan olunub
Hal şahidləri ilə bağlı qanuna dəyişiklik olub
Uşaqların peyvəndlənməsi barədə əmr imzalanıb
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
Qəzzada daha 9 dinc fələstinli həlak olub
İLHAM ƏLİYEV MOSKVADAN SONRA ALMANİYAYA GEDƏCƏK - Tarix bəlli oldu
Universitetin sözçüsü vəzifədən ayrılıb
Prezident İlham Əliyev Rusiyaya gedir
“AzəriMed” QSC-lə bağlı məhkəmə qalmaqalı yaranıb
Partiya sədri özünə yeni müşavir təyin edib
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
Keşlədə saxta məhsullar istehsal edən sexlər aşkarlanıb
TOVUZDA ŞOK OLAY: 34 YAŞLI QADIN YANDIRILDI - 22 yaşlı oğlan tərəfindən (YENİLƏNİB)
G7 ölkələrindən rəsmi Bakı və İrəvana çağırış: "Gücdən istifadə etməmək, suverenliyə hörmət..."
Baş prokurorun Çinə işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
Türkiyədə güclü zəlzələ olub
Naxçıvanda yoxlama: 15 iş üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim olunub
Xocavənddə fermada partlayıcı maddələr aşkarlanıb
Sabahın hava proqnozu açıqlanıb
Kirayədə yaşayan BDU-nun tələbəsi özünü öldürüb (Yenilənib)
Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlimdə - VİDEO