Şriftin ölçüsü / 208 dəfə oxunub

“Audi” qoyun sürüsünə girdi - Çoban yaralandı, 57 baş qoyun tələf oldu

10 Iyul 2018 [11:08]

İyulun 9-da saat 4 radələrində Bakı-Qazax yolunun 480-ci kilometrliyində - Qazax rayonunun Daşsalahlı kəndi ərazisində Şəmkir rayon sakini Habil Hüseynov idarə etdiyi "Audi” markalı avtomobillə yolu keçən qoyun sürüsünü və çoban, Qazax rayon sakini Adil Quliyevi vurub.

DİN Mətbuat Xidmətindən bildirlib ki, hadisə nəticəsində A.Quliyev xəstəxanaya yerləşdirilib. 57 baş qoyun isə tələf olub.

DİN-in Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.




SON XƏBƏRLƏR