10-07-2018 [09:46]
Milli Məclisin deputatı, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə Teleqraf.com-a müsahibə verib.
Mia.az həmin müsahibəni təqdim edir:
- İyulun 16-da Helsinkidə Putin-Tramp görüşü keçiriləcək. Sizcə, bu görüşdə hansı məsələlər müzakirə ediləcək?
- Mənim fikrimcə, bu görüşdə əsasən, dünyada kəskin müharibə şəraitində olan regionların mövzusu müzakirə ediləcək. Söhbət ilk olaraq Orta Şərq regionu, Suriya və Ukrayna münaqişəsindən gedir. Əslində Amerika bir daha Rusiyanın apardığı siyasətin qəbuledilməz olduğunг onun diqqətinə çatdıracaq, ən azı ABŞ-ın iqtisadi sahədə Rusiya üçün problemlər yaratmağa qadir olduğunu nümayiş etdirəcək. Sanksiyaları aradan qaldırmaq üçün Rusiyaya öz siyasətində köklü dəyişikliklər etməsi mesajı veriləcək. Bu, əsas mövzu olacaq. Ancaq danışıqlarda ciddi irəliləyiş və kompromislərin mümkün olacağını gözləmirəm.
- Niyə hesab edirsiniz ki, görüşdə ciddi razılaşma və irəliləyiş ola bilməz?
- Əvvəla, ortada ciddi fikir ayrılığı var. Rusiya öz siyasətindən geri çəkilmək istəmir. Nə Ukrayna, nə Suriya məsələsində geri çəkilmir. ABŞ rəhbərliyi də hazırda ölkəsinin iqtisadi gücündən istifadə edərək, bir sıra ölkələrə özünün imkanlarını nümayiş etdirir. Bu vəziyyətdə ABŞ-ın Rusiyaya hansısa güzəştə getməsi mümkün deyil.
- Ancaq bir müddət əvvəl Donald Tramp bəyan etmişdi ki, hətta Krımı Moskvaya güzəştə gedə bilər...
- Bilirsinizmi, indi elə vəziyyət yaranıb ki, internetdə qeyri-dəqiq məlumatlar yayımlanır. Lakin bu məlumatlar sonda dəqiqləşdirilir və onların yalan olduğu ortaya çıxır.
- Tramp və Putinin hansı məsələlərdə razılaşmayacağını dediniz. Bəs bu iki super gücün təmsilçisi hansı məsələlərdə razılaşa bilər?
- Fikrimcə, Rusiya yeganə olaraq bir məsələdə Trampa güzəştə getməyə məcbur olacaq. Bu da İranın Suriyada hərbi bazaları ilə əlaqədardır. Nə ABŞ, nə də İsrail İrana belə bir imkan verməyəcək. Rusiya da hər dəfə olduğu kimi, yenə də öz maraqlarını qoruyaraq, müttəfiqlərini meydanda tək qoyub geri çəkilə bilər.
- Ancaq ötən həftə Bəşər Əsədə bağlı qüvvələr və Rusiya hərbçiləri Dera bölgəsinə nəzarəti ələ keçirdi. İrana bağlı hərbi qüvvələr isə Deradan 140 kilometr aralıya çəkildi...
- Suriyada nümayişkaranə şoular həyata keçirilə bilər. Amma məsələnin mahiyyəti ondan ibarətdir ki, Suriyada quru əməliyyatlarında əsasən, İran və "Hizbullah” qüvvələri iştirak edir, Rusiya isə burada əsasən hərbi aviasiyasından istifadə edir.
- Siz Helsinki görüşündə əsasən, Yaxın Şərq və Ukrayna münaqişəsinin müzakirə mövzusu olacağını qeyd etdiniz. Bəs bu görüş digər regional münaqişələrin həlli baxımından nə vəd edir?
- Mən düşünmürəm ki, Helsinkidə başqa münaqişə bölgələrinin müzakirəsi üçün vaxt və imkan çatsın.
- Helsinki görüşündən sonra dünyada gərginləşmə davam edəcək?
- Mən hazırda müsbət dəyişiklik gözləmirəm.
- Aydındır ki, ABŞ və Avropanın mövqelərində ciddi parçalanma müşahidə olunur. Avropa faktiki olaraq, Trampın İran siyasətini dəstəkləmir, eləcə də Rusiya ilə münasibətləri yaxşılaşdırmaq, belə böyük bazarı əlindən çıxarmaq istəmir. Bu prosesin sonu necə görünür?
- Hər zaman olduğu kimi, Avropa öz siyasətini Amerikanın siyasətinə uyğunlaşdırmalıdır. Çünki ABŞ İrana qarşı sanksiyaları tətbiq edilməyə başlayanda bəzi Avropa ölkələri bu sanksiyalardan yan keçməyə çalışdı. Amma onların ticarəti ABŞ-la o qədər çoxdur ki, İranla bağlı sanksiyalara riayət etməyə məcburdurlar.
- ABŞ-ın NATO-dakı nümayəndəsi Key Beyli Hatkison iddia edib ki, Rusiyanın məqsədi Türkiyəni NATO-dan çıxarmaqdır. Bu nə dərəcədə ciddi iddiadır?
- Mənə elə gəlir ki, NATO Türkiyə məsələsində öz siyasətinə ciddi baxmalıdır. NATO öz müttəfiqinə terrorla mübarizədə dəstək vermədi. Bu, NATO-nun buraxdığı ciddi səhv idi. Çünki Ankara hər zaman NATO-nun etibarlı müttəfiqi olub. Çox təəssüflər olsun ki, NATO PKK məsələsində Türkiyəyə dəstək vermədi və Ankaranı terrorla mücadilədə tək buraxdı. Buna baxmayaraq, Türkiyə terrorla təkbaşına uğurlu mübarizə apardı. Düzür, burada Amerika da Türkiyənin əməliyyatlarına müsbət yanaşdı. NATO-Türkiyə münasibətlərində mən günahı NATO-da görürəm. Hesab edirəm ki, NATO bu məsələdə haqsızdır.
- Rusiyalı politoloq Duqin İranda bəyan etdi etdi ki, Yaxın Şərqdə sülh üçün Rusiya, Türkiyə və İranın əməkdaşlığı əhəmiyyət kəsb edir, bu, ABŞ-ın bölgədə nüfuzunu aşağı salır. O dedi ki, yeni dünya düzənində bu üç ölkənin əməkdaşlığı ciddi faktor olacaq...
- Belə bəyanatları ciddi qəbul etmirəm. Nəzərə almaq lazımdır ki, hər bir ölkənin gücü onun iqtisadi gücündən ibarətdir. Rusiyanın dünya iqtisadiyyatında payı 10 faizdən azdır. Ona görə belə bəyanatlar şou xarakterlidir və ciddi faktlara söykənmir.
- Sizə görə, indi Suriyada Amerika güclü mövqelərə malikdir, yoxsa Rusiya?
- Mənə elə gəlir ki, hazırda Suriya dağılan döyüş meydanını xatırladır. Və bütün güclər orada müasir silahlarını sınaqdan keçirir.
- Putin-Tramp görüşü Azərbaycan üçün yaxşı və pis mənada nələr vəd edir?
- Azərbaycanın siyasəti ilk növbədə tərəfdaşlıq və əməkdaşlıqdan ibarətdir. Biz həm qonşularımızla əməkdaşlığa hazırıq, həm də Amerika ilə. ABŞ-ın Azərbaycanın strateji layihələrinə dəstək verməsindən də məmnunuq. Azərbaycan məsələsinin ABŞ-Rusiya arasında müzakirə mövzusu olmasını isə gözləmirik.
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb
PREZİDENT GENERALLA BAĞLI SƏRƏNCAM İMZALADI
YAP-çı deputat Rəsul Quliyevin elə müdafiəsinə qalxdı ki... - Eks-spiker "altdan işləyir?"
Bu ölkə Fələstini rəsmən dövlət kimi tanıdı
Eldar Əzizov Müsavata "hə" dedi - Partiya qurultaya hazırlaşır
Aysun İsmayılova: “Çox şıltaq və pozitiv insanam, amma..."
Rasim Balayev: "Məni aşağıladılar, ailəmə yaxın adam..." - MÜSAHİBƏ
Sabah hava necə olacaq? - Proqnoz
İzmirdə PKK/KCK əməliyyatı: 6 nəfər saxlanılıb
Xankəndidə yenə silah-sursat tapılıb
AMEA-da yeni şöbələr yaradılıb - Təyinatlar olub
İstanbulda FETÖ əməliyyatı: daha 13 nəfər tutulub
Ticarətçı: "Deputat olmaq istəmirəm"
Pentaqon: "İsrail Rəfaha hücuma tərəddüt edir"
ABŞ-da TikTok qadağan olunur - Senat layihəni təsdiqlədi
Əli Əsədov Şura üzvlərini topladı: yeni tapşırıqlar verilib - FOTO
Azərbaycan nefti bir dollar bahalaşıb
Məşhur aktyor "Arka Sokaklar”a dönür
Türkiyə kuboku: "Beşiktaş" yenə qazana bilməyib