Türkiyə Ordusuna Baş Qərargah rəisi təyin olundu

img

10-07-2018 [09:16]


Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi vəzifəsinə ordu generalı Yaşar Güler təyin edilib.

Baş Qərargah rəisi, ordu generalı Hulusi Akarın milli müdafiə naziri postuna aparılmasının ardından Yaşar Güler yeni vəzifəyə təyinat alıb.

Bu təyinatadək Yaşar Güler Quru Qoşunları komandanı idi.

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın digər sərəncamı ilə Quru Qoşunları komandanı vəzifəsi indiyədək Baş Qərargah rəisinin 1-ci müavini olan ordu generalı Ümit Dündara tapşırılıb.

Baş Qərargah rəisinin 1-ci müavini vəzifəsinə isə Quru Qoşunları Qərargahının rəisi, general-polkovnik Metin Gürak gətirilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR