Şriftin ölçüsü / 131 dəfə oxunub

"Azərbaycan xalqı hər zaman öz müstəqliyini göz bəbəyi kimi qoruyacaq" - BAXCP funksioneri

09 Iyul 2018 [16:48]
"10 iyul da Gəncədə aksiyaya çağrışın arxasında xarici ölkənin xüsusi xidmət orqanları durur. Bu çağrış gəncəlilərə təxribatdır". 

Bu fikirləri BAXCP səıdrinin müavini Niyamməddin Orduxanlı irəli sürüb. O bildirib ki, bu tipli aksiyaları Azərbaycanın dövlət maraqlarına zərbə vurmaq üçn həyata keçirdirlər. 

"Cənab prezidentin təyin etdiyi başcı Elmar Vəliyevi terrorcu Yunis Səfərov terror edib. Azərbaycan ictimaiyyəti Qum şəhərində yetişdirilən bir terrorçunu dəstəkləməz!

Son günlər baş verən hadisələr açıq şəkildə göstərir ki, planlı şəkildə dövlətimizə qarşı hücüm həyata keçirdirlər” –bu açıqlamanı özünü on minlərlə üzv olduğu facebook səhifəsində BAXCP sədrinin müavini, QHT sədri Niyaməddin Orduxanlı yayıb. Onun sözlərinə görə, dövlət rəsmiləri açıq şəkildə bəyan etdi ki, terrorçu Yunis Səfərovun İranın Qum şəhərində hazırlanıb Azərbaycana göndərilib. Hadisədən bir necə gün keçib, hələ də İranın Azərbaycandakı səfiri susur. Niyə susursunuz? Çıxın Azərbaycan xalqına cavab verin!

Nə vaxta qədər Qum şəhərində Azərbaycan dövlətinin əleyhinə terorrçu hazırlayacaqsınız?! Bu gün xalqımız bu sualın cavabını gözləyir! Açıq şəkildə görünür ki, həm Mingəçevirdə baş vermiş qəza və Elmar Vəliyevə qarşı törədilən terror hadisəsi nə ölkədə fəaliyyət göstərən radikal müxalifət bütün imkanları ilə dəstək verirlər. Radikal müxalifət də daha çox maraqlı görünür ki, ölkənin sabitliyi pozulsın. Sanki bu planın bir tərkib hissəsidir.

Ancaq bir həqiqət də var ki, Azərbaycan cəmiyyəti baş vermiş hadisəni çox soyuqanlı şəkildə qəbul edir və yaxşı başa düşür ki, ölkədə aranı qatmaq istəyən və bunların xarici xüsusi xidmət orqanlarının həyata keçirdiyi işdir. Və mən düşünürəm ki, bu gün xalqımız dövlətimizin milli maraqlarına hər hansı bir təhlükə yaranarsa, yüz minərlə, milyonlar insan Azərbaycan dövlət maraqlarını qoruyar! Necə ki, mərhum Heydər Əliyevin zamanında milyonlara insan Azadlıq meydanına toplaşdı. Azərbaycan xalqı hər zaman öz müstəqliyini göz bəbəyi kimi qoruyacaq!".



SON XƏBƏRLƏR