ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı Hack forumu Hack forumu PDO Kullanımı Warez Mavi orkide Xarici İşlər Nazirliyində təşkilat komitəsi yaradıldı - İCLAS - mia.az
Şriftin ölçüsü / 188 dəfə oxunub

Xarici İşlər Nazirliyində təşkilat komitəsi yaradıldı - İCLAS

09 Iyul 2018 [16:46]

Bu gündiplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı münasibətilə xarici işlər naziriElmar Məmmədyarovun sədrliyi ilənazir müavinləri, kollegiya üzvləri, xüsusi tapşırıqlar üzrə səfirlər, XİN-nin idarə və struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə geniş tərkibli iclas keçirilib.

XİN-in Mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, xarici işlər naziri Elmar Məmmədyarov peşə bayramı münasibətilə XİN kollektivini, o cümlədən xarici ölkələrdəki diplomatik nümayəndəliklərin əməkdaşlarını təbrik edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzu edib.

Nazir Elmar Məmmədyarov dövlət başçısının rəhbərliyi altında ölkəmizin milli maraqlarına xidmət edən xarici siyasət kursunun tarazlaşdırılmış və çoxistiqamətli əsaslarla davam etdiyini qeyd edib. Nazir dövlət başçısının daimXarici İşlər Nazirliyinə göstərdiyi diqqət və qayğısından danışaraq 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası zamanı dövlət başçısının ölkəmizin xarici siyasətinə yüksək qiymət verdiyini diqqətə çatdırıb.

Geniş tərkibli iclasda 8 iyul tarixində XİN kollektivinin, o cümlədən gənc qadın əməkdaşların qoşunların təmas xəttinə səfəri, peşə bayramını ön xətdə xidmət çəkən əsgər və zabitlərlə birlikdə qeyd etmələri, təmas xəttinə ən yaxın yaşayış məntəqələrindən biri kimi Tərtərin Qapanlı kəndinə getmələri, məcburi köçkünlər üçün yeni salınmış Şıxarx qəsəbəsi və ermənilərin Qarabağa köçürülməsinin 200 iliyi ilə əlaqədar tikilmiş və sonradan ermənilər tərəfindən dağıdılmış Marağa 150 abidəsinin qalıqları ilə yerində tanış olmaları xüsusilə vurğulanıb.

Geniş tərkibli iclasda gündəlikdə duran prioritet tapşırıq və vəzifələr, regiondakı vəziyyət, 2019-cu ildə qeyd ediləcək Xarici İşlər Nazirliyinin yaradılmasının 100 illiyi ilə əlaqədar tədbirlər planının hazırlanması, 2019-2022-ci illərdə Azərbaycan Respublikasının Qoşulmama Hərəkatına sədrliyi və 2019-cu ildə Qoşulmama Hərəkatı zirvə toplantısının Azərbaycanda keçirilməsi məsələləri müzakirə olunub. Nazir Elmar Məmmədyarovun rəhbərliyi altında Xarici İşlər Nazirliyinin yaradılmasının 100 illiyi ilə əlaqədar tədbirlərin hazırlanması və həyata keçirilməsi üzrə təşkilat komitəsi yaradılıb.

İclasa yekun vuran nazir Elmar Məmmədyarov müzakirə olunan məsələlər üzrə təlimatlarını verib.




ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı Hack forumu Hack forumu PDO Kullanımı Warez Mavi orkide
SON XƏBƏRLƏR