Rusiya FTX-dən Ukraynaya qarşı sensasion əməliyyat - 7 gəmini ələ keçiriblər

img

09-07-2018 [13:45]


Rusiya FTX-nin Sərhəd Xidməti Ukraynanın Berdyansk və Mariupol limanlarına gedən 7 gəmini Azov dənizində ələ keçirib.

Axar.az xəbər verir ki, bu barədə məlumatı öz Feysbuk səhifəsində ukraynalı aktivist Andrey Klimenko paylaşıb. O, 6 gəminin 8 iyulda, 1-nin isə ayın 9-da gecə saatlarında ələ keçirildiyini bildirib.

Klimenko Ukrayna hökumətini Rusiyanın addımlarına qarşı heç bir cavab verməməkdə ittiham edib.

Qeyd edək ki, bundan öncə Kiyev Azov dənizində Rusiyaya uduzduğunu və buradakı maraqlarını müdafiə edə bilmədiyini açıqlayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR