Şriftin ölçüsü / 144 dəfə oxunub

Komitə sədri 4 ölkəyə səfər edəcək - Fransa, Almaniya, Rumıniya və Ukraynaya

09 Iyul 2018 [13:36]
 Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov sabah, iyulun 10-da Avropa ölkələrinə ilk rəsmi səfərə yola düşür. 

Komitəsindən Mia.az-a verilən məlumata görə, Fuad Muradov  4 ölkədə - Fransa, Almaniya, Rumıniya və Ukraynada bir sıra rəsmi şəxslərlə, eyni zamanda həmin ölkələrdə yaşayan azərbaycanlılarla və diaspor təşkilatları ilə görüşəcək.

Səfər proqramına ictimai xadimlər, Azərbaycanın ali məktəblərindən məzun olmuş xarici vətəndaşlar, Azərbaycan Xalq Cümhuriyyəti mühacirlərinin ailə üzvləri, həmçinin xaricdə təhsil alan azərbaycanlı gənclərlə görüşlər də daxildir.


SON XƏBƏRLƏR