ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı PDO Kullanımı Warez "Siz bu kinlə, nifrətlə, qəzəblə hara gedəcəksiniz?" - İntihara cəhd edən yazar - mia.az
Şriftin ölçüsü / 268 dəfə oxunub

"Siz bu kinlə, nifrətlə, qəzəblə hara gedəcəksiniz?"

09 Iyul 2018 [13:01]
Cəlil CAVANŞİR

***

Salam əziz dostlar!

Bəzilərinizin narahat olduğunu nəzərə alıb, hamıya ümumi bir mesaj yazmağın yerində olacağını düşündüm.

Sizləri narahat etdiyim üçün hamınızdan üzr istəyirəm!

Bütün baş verənlərə cavab vermək məsuliyyətini hiss etdiyim üçün bu halımda belə cavab verməyi özümə borc bilirəm.

İnsanların narahat olduğunu anlayıram və xəbərsiz yoxa çıxmağı yanlış hesab edirəm. Amma nəzərə alın ki, toparlanmaq üçün təkliyə və təbiətə ehtiyacım var. Dünən hiss etdim ki, hər şey daha da pisə doğru gedir.

Yüzlərlə təsəlli verənlər, yaşadığıma sevinənlər, qayğıma qalanlar və yol göstərənlərlə yanaşı, məni yenidən təhrik edənlər vardı. Bunu hələ də anlamıram, mənim etirazım sizi niyə qıcıqlandırır?

Mən düşdüyüm vəziyyətdən, qapıldığım qaranlıqdan çıxacağam, bəs siz? Siz bu kinlə, nifrətlə, qəzəblə hara gedəcəksiniz?

Hazırda fiziki və mənəvi ağrılarla mübarizə aparıram. Tezliklə toparlanacağıma, yaralarımın sağalacağına inanıram və heç bir həkim müdaxiləsinə, prsixoloqa, psixiatra ehtiyac görmürəm. Bunları vaxtında etməli idim. İndi isə ailəmin yanında olmaq mənim üçün ən böyük stimuldur. Bu halımda belə ailəm məni tək qoymadı. Və çalışın ailənizə, sizi anlayan, sizi başa düşən insanlara belə pisliklər etməyin!

Etdiklərimi yanlış hesab edənlər, bunun şou olduğunu düşünənlər oldu. Hər kəsin qınağını, gileyini qəbul edirəm. Amma bu addımım affekt halında atılan bir addımdır və nə qədər sakitləşsəm də, o gün baş verənlərlə bağlı heç nəyi xatırlaya bilmirəm. Mənim bu şəkildə məşhur olmağa ehtiyacım olmadığını hər kəs bilir, çünki heç bir zaman məşhur olmaq üçün addım atmamışam. O gün ölsəm, nə dəyişəcəkdi? Mahiyyət etibarı ilə bu qəddar, ruhsuz, insafsız adamlar üçün heç nə dəyişməzdi. Amma daha çox üzülənlər, əzab çəkənlər gördüm. Onlar üçün bu axmaqlığı etməməli idim.

Mənim məşhurluğa yox, xoşbəxtliyə ehtiyacım var.

Konkret səbəblərə gəlincə, qısa olaraq izah edim ki, xoşbəxt deyiləm. Uzun müddətdir depressiyadayam. Amma bütün bunları tətikləyən bəzən kiçik səbəblər olur. Bəzən aylarla övladlarımın üzünü görə, onların kiçicik istəklərini yerinə yetirə bilmirəm. Belə məqamda insanın özünə yaxın bildiyi, dəstək gözlədiyi yaxın dostlar, yoldaşlar olur. Həyat şəraitim elədir ki, uzun müddətdir dostlarımla görüşə bilmirdim. Və həyatımda doğma, yaxın, əziz hesab etdiyim adam, ən çətin anımda mənə dəstək olmağı yox, mənim bu addımı atmağımı istədi. Onu da artıq qınamıram. Hər kəs mahiyyətinə görə davranır, haqqı olanı yaşayır. Deyək ki, mənim də yaşadıqlarım mənim haqqımdır.

Bu addımımın arxasında ciddi sosial, iqtisadi və mənəvi səbəblər axtara bilərsiniz. Amma mən işsizlikdən, evsizlikdən şikayətçi deyiləm. Kirayələrdə yaşamaq imkanım olmasa, küçələrdə yaşaya və heç vaxt bundan şikayət edib, heç kəsdən kömək gözləmərəm. Ən sevdiyim övladlarım ac qalsa belə, mən buna görə kiməsə əyilmərəm, əyilməmişəm də.

Heç bir insan qəfildən intihar həddinə çatmır. Mənim kimi həssas bir adamın bu vəziyyətə gəlməsi isə an məsələsidir. Bəli, nə qədər səhv olsa da, mən həssas bir insanam və bu hala düşməyimdə də özüm günahkaram. Müəyyən şeyləri vaxtında ağılla həll etmədiyim üçün ölümün bir addımlığından döndüm.

Yaşadığım heç nədən utanmıram və heç nəyi unutmuram. Bütün bunlar başıma gəlməli idi və gəldi.

Bir məqama da aydınlıq gətirim. Mən çoxlarının düşündüyü kimi əyyaş həyatı yaşamıram, yaşamamışam. Sadəcə, 6 ay ərzində dörd kitab tərcümə etmişəm və onlarla yazı yazmışam. Çox ciddi kitabların redaktəsi ilə məşğul olmaqla yanaşı, ciddi bir qurumda illərdir kitab təbliğatı ilə məşğulam.

Bəlkə də fikirlərim rabitəsiz, qarışıq ola bilər. Üzürlü sayın, çünki hələ də durumum sabit deyil. Amma hər şey yaxşı olacaq!

Əziz dostlar, dəyərli insanlar!

Heç kəs bu nümunədən təsirlənməsin. Təbii ki, əsəbləri yerində olmayan insanlar üçün çox pis nümunə olduğumun fərqindəyəm. Buna görə üzr istəsəm də, heç nə dəyişmir. Həyatınızda olan hər şeyi səbirlə, sakitliklə, soyuq başla analiz edin. Mən bunu bacarmamışamsa, bu, mənim günahımdır. Sizə dəyər verən insanlardan, sizi sevənlərdən qaçmayın. Düşüncələrinizlə, reallıqla beyninizdə qurduğunuz xəyallar üst-üstə düşməyə bilər. Bağışlamağı, geri çəkilməyi, hər şeyə təmkinli yanaşmağı öyrənin.

Bu gün həyatda olmağımdan məmnun olmasam da, mənim həyatda qalmağım üçün hər şeyi edən sevimli, təmiz ürəkli, təmənnasız insanlara minnətdaram. Nə qədər çətin olsa da, tezliklə sizlərin arasına qayıdıb həyatımı qaldığım yerdən davam edəcəm!

Unutmayın, nifrət yox, sevgi xilas edir!

Sizləri sevirəm, insanlar! Yaxınlarınızdan, doğmalarınızdan muğayat olun! Problemi olanlara həssaslıqla yanaşın! Heç kəsi intihar həddinə çatdırmayın!

Qəlbinizdə sevgini və mərhəməti bəsləyin! Kindən, nifrətdən, biganəlikdən, laqeydlikdən uzaq olun!

Əziz dostlarım, doğmalarım! Sizləri çox sevirəm və sizin üçün yaşamağa davam edirəm!

Sevgilərlə, sizin Cəlil....


Digər Xəbərlər

ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı PDO Kullanımı Warez
SON XƏBƏRLƏR