MMP Qadinlar Şurasının sədri vəfat edib - NEKROLOQ

img

09-07-2018 [11:46]


MMP Qadinlar Şurasının sədri Zəhra Paşayeva dünyasını dəyişib. Bununla əlaqədar partiya rəhbərliyi nekroloq yayıb.

Bildirilib ki, Zəhra xanım Qubadlıda dunyaya göz açmışdı. Ziyalı ailəsində böyūmūşdū. Atası Qulam mūəllimin təhsil sahəsində xüsusi xidmətləri olubr. Zəhra xanım uzun illər Təhsil nazirliyində inspektor kimi çalışmışdır. Dərin biliyə malik qələm sahibi idi.

Xüsusi həvəslə ərsəyə gətirdiyi "Zirvəyə Doğru" jurnalinin redaktoru və təsisçisi idi. MMP Qadinlar Şurasının sədri kimi fəaliyyət göstərirdi. Son gecə də jurnalın materiallarını hazırladı və səhəri gūnū dunyasını dəyişdi .Sonuncu misralar, natamam səhifələr, mənalı bir ömür yarımçıq qaldı... 

Xanım xatın bir ziyalı xanımın həyatı qəfil dayandı. Zəngəzur mahalının aslanı Aslan bəy Sultanovun şəcərəsi Faiq Abdullayev, Aslan və Ramiz muəllim, Şəhriyar Orxan bu gün də öz adlarını ləyaqətlə qoruyub saxlayırlar. Xanımlığı ilə Analar Anasi sayılan Zəhra Paşayeva isə bu nəsilin örnək ola biləcək xanımlarından idi. Çox təsirlənirik. Sizin kimi bir anani itirdiyimiz ūçūn.

Allahdan Rəhmət diləyirik!




Digər xəbərlər
SON XƏBƏRLƏR