Şriftin ölçüsü / 208 dəfə oxunub

Kürəkən qayınatası və qaynını bıçaqladı - Azərbaycanda

09 Iyul 2018 [10:34]
Kürdəmir rayonunda bıçaqlanma hadisəsi baş verib.

Mia.az report-a istinadən xəbər verir ki, hadisə şəhərin Ə.Abdullayev küçəsində qeydə alınıb.

Belə ki, kürəkən qayınatası 1963-cü il təvəllüdlü Cabbarov Etibar Ələddin oğlu və qaynı 1992-ci il təvəllüdlü Cabbarov Afiq Etibar oğlunu bıçaqlayıb.

Yaralılar müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.



SON XƏBƏRLƏR