Şriftin ölçüsü / 241 dəfə oxunub

Azərbaycanlı "qanuni oğru" saxlanıldı - "Dato Ağcabədinski"yə ölkəyə daxil olmaq qadağan olundu

08 Iyul 2018 [18:43]

Ukraynanın Lvov vilayətinin polis əməkdaşları kriminal aləmdə "Dato Ağcabədinski" kimi tanınan azərbaycanlı "qanuni oğlu"nu saxlayıblar.

Yerli mətbuatın xəbərinə görə, 43 yaşlı Azərbaycan vətəndaşı Məmmədov Cəmil İntizar oğlu artıq Ukrayna ərazisindən çıxarılıb və onun ölkəyə girişinə 5 il müddətinə qadağa qoyulub.

Ukrayna Milli Polisinin məlumatına görə, Dato Ağcabədinski Ukrayna ərazisinə qanunsuz daxil olub. Çünki iki ay bundan əvvəl o, Ukraynaya girişinə 3 il qadağa qoyulmaq şərti ilə ölkədən çıxarılıb/Report.



SON XƏBƏRLƏR