ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı Hack forumu Hack forumu PDO Kullanımı Warez Mavi orkide “Elmar Vəliyev Nizamini dünyaya tanıtdırdı” - Aqrar Universitetin professorundan heyrətdoğuran açıqlama - mia.az
Şriftin ölçüsü / 2581 dəfə oxunub

“Elmar Vəliyev Nizamini dünyaya tanıtdırdı” - Aqrar Universitetin professorundan heyrətdoğuran açıqlama

08 Iyul 2018 [14:02]
2003-cü ildən etibarən Azərbaycan Dövlət Aqrar Universitetinin tabeliyində olan Aqromexanika və Elmi-Tədqiqat İnstitunun direktoru, professor Kamil FətəliyevElmar Vəliyevin güllələnməsi barədə danışıb.

Mia.az xəbər verir ki, azedu.az saytının əməkdaşının "İllərdir Gəncədə yaşayıb, Gəncədə çalışmısınız. Ümumiyyətlə, son günlərdə Gəncədə baş verən hadisəyə, icra başçısı Elmar Vəliyevin güllələnməsi bir alim kimi sizə necə təsir etdi?" sualına belə cavab verib:

"Elmar müəllimlə bağlı baş verən hadisə məni çox sarsıtdı. Onu 40 ilə yaxındır tanıyıram. Yevlaxın deputatı İlham Məmmədov deyirdi ki, Elmar Vəliyevlə pambıq yığmağa gedəndə 100 kq pambığı tərəziyə qoymasaydı, sahədən çıxmazdı. Bu adamın işgüzarlığına söz ola bilməz. Onun güllələnməsi haqda sosial şəbəkələrdə, virtual məkanda yazılanları oxuyur və onunla razılaşmıram!

Bu adam gələn gündən aktiv iş rejimində çalışır. Heç bir icra başçısı müxtəlif sahələrə onun kimi ayrı-ayrılıqda diqqət göstərmir. 60 ilə yaxındır, Gəncədə yaşayıram. Bir gün belə görməmişəm ki, icra hakimiyyətinin işıqları axşam 10-11-dən tez söndürülsün".

Kamil Fətəliyev Elmar Vəliyevin elmə, təhsilə münasibətindən də danışıb: "Onun ilk məqsədi Gəncəni özünə qaytarmaq olub. Çünki Elmar Vəliyev Gəncəyə vurğundur. Onun gəlişindən sonra Gəncənin Qala qapısından içəri girən kimi sanki başqa mühitə düşdüyünü anlayırsan. Farslar və digər millətlər daim Nizamini özünküləşdirməyə çalışıblar. Elmar Vəliyev Nizamini bütün dünyaya tanıtdı. O, eyni zamanda bugünə qədər çoxsaylı muzeylər tikdirib, parklar saldırıb.

Elmar Vəliyev İslam dünyasına hörməti artırdı. Dini radikallara qarşı mübarizə aparıb, dövlətin mənafeyini güdürdü. Onlarla bağlı bəzi səhnələri görəndə ətim ürpəşirdi. Bütün bunların qarşısını alması ona qarşı düşmənçiliyin yaranmasına səbəb oldu. Eyni zamanda, Gəncənin abadlaşdırılması, çiçəklənməsinə görə yararsız, uçqun vəziyyətdə olan evlərin plana salınması da narazılığa səbəb ola bilər. Keçən il Moskvadan gələn alim yoldaşımla bərabər Heydər Əliyev Park Kompleksini ziyarət etdik. Məndən bu kompleksin neçə ilə tikildiyini soruşdu. Bir il yarıma tikildiyini və şəxsən icra başçımızın öz əməyi hesabına ərsəyə gəldiyini dedim. Alim cavabında "həmin adam düşmənim də olsa, qucaqlayardım”, deyə cavab verdi".



ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı Hack forumu Hack forumu PDO Kullanımı Warez Mavi orkide
SON XƏBƏRLƏR