Rusiya millisinin Azərbaycan əsilli oyunçusu karyerasını başa vurdu - Səmədov yığmadan getdi

img

08-07-2018 [10:24]


Moskvanın "Spartak" futbol klubunun yarımmüdafiəçisi Aleksandr Səmədov Rusiya yığmasından getdiyini bildirib.

"Report" xəbər verir ki, bu barədə "İnterfax" məlumat yayıb.

Məlumata görə, futbolçu bildirib ki, dünya çempionatında 1/4 final mərhələsinin Xorvatiyaya qarşı matçı onun üçün son qarşılaşma olub. Səmədov 2011-ci ildən Rusiya yığmasında sağ cinah yarımmüdafiəçisi kimi çıxış edib. O, komandada 53 oyun keçirib və 7 qol vurub.

Hazırda Səmədovun 33 yaşı var. 

Digər xəbərlər
SON XƏBƏRLƏR