Şəmkir meşə massivində güclü yanğın - FHN hərəkətləndi

img

08-07-2018 [00:09]


 Şəmkirdə meşə massivinə yaxın ərazidə baş vermiş yanğın küləkli hava şəraiti səbəbindən yenidən güclənib.

"Report"un Qərb bürosunun məlumatına görə, hazırda Yastı meşə zolağına yaxın ərazidə baş vermiş yanğın 150 hektardan çox ərazini əhatə edir. 

Öncə yanğın məhdudlaşdırılsa da, küləkli hava şəraiti kol-kos və quru ot sahəsində alovun genişlənməsinə səbəb olub. Hazırda meşə istiqamətinə doğru genişlənən yanğının söndürülməsi istiqamətində bir sıra işlər görülür.

Qeyd edək ki, yanğın baş vermiş əraziyə, ətraf rayon və şəhərlərdən yanğınsöndürən maşınlar köməyə cəlb olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR