ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı Hack forumu Hack forumu PDO Kullanımı Warez Mavi orkide "Müharibə çox dağıdıcı olacaq, həm bizim, həm də Azərbaycan üçün fəlakətli olacaq" - Ermənistan prezidenti - mia.az
Şriftin ölçüsü / 765 dəfə oxunub

"Müharibə çox dağıdıcı olacaq, həm bizim, həm də Azərbaycan üçün fəlakətli olacaq" - Ermənistan prezidenti

07 Iyul 2018 [22:10]

Dağlıq Qarabağ konfliktinin güc yolu ilə həll variantları qəbuledilməzdir.

Bu barədə Ermənistan prezidenti Armen Sərksiyan İrəvanda "Demokratiya, təhlükəsizlik və xarici siyasət” mövzusunda keçirilən üçüncü gənclər forumunda çıxışı zamanı bildirib.

"İstənilən hərbi həll yolu hamı üçün – "Arsax” (qondarma rejimi nəzərdə tutur – red.), Ermənistan və Azərbaycan üçün fəlakətli olacaq. Ona görə ki, müharibə dağıdıcı olacaq”, - deyə o qeyd edib.

Erməni prezidentin sözlərinə görə, müharibənin nəticələri bütövlükdə region üçün fəlakətli olacaq və buna şübhə etməyə dəyməz. Ona görə də onun fikrincə, yeganə məqbul yol sülh danışıqlarıdır.

Sərksiyan çıxışında daha sonra separatçı rejimin vaxtilə danışıqlar masası arxasında olmasını yada salaraq deyib: "Lakin ondan sonra Ermənistanın iki prezidenti təkcə Ermənistanın deyil, Dağlıq Qarabağın da mövqeyini ifadə elədilər. Bu gün baş nazir danışıq aparandır, baş nazir və xarici işlər naziri danışıqlar siyasətini formalaşdırır. Bununla belə mən öz çoxillik təcrübəmdən istifadə edib danışıqlar prosesinə kömək edə bilərəm”.

Xatırladaq ki, az öncə İrəvan KİV-ləri yazmışdı ki, Prezident İlham Əliyev və Armen Sərkisyan keçmişdə eyni bir məkanda istirahət edərkən ünsiyyət saxlamaq imkanında olublar.

"İstisna eləmək olmaz ki, Əliyev yəqin ki, Rusiyaya anladıb ki, Armen Sərksiyanla danışıq aparmağa hazırdır – nəyə qarşı ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri də yəqin ki, etiraz etməyəcəklər”, – deyə KİV-lər A. Sərkisyanın 2001-2013-cü illərdə Azərbaycanla sıx əlaqələrə malik BP beynəlxalq şirkətinin məsləhətçisi işləməsini nəzərə alaraq, öz mənbələrinə istinadən yazmışdı.

Ancaq indi belə qənaət hasil olur ki, Armen Sərkisyan Qarabağ danışıqlarında başını "ağrıtmaq” istəmir/Musavat.com.



ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı Hack forumu Hack forumu PDO Kullanımı Warez Mavi orkide
SON XƏBƏRLƏR