Şriftin ölçüsü / 296 dəfə oxunub

İngiltərə - İsveç qarşılaşması: ingilislər 2 qol vurdu, 28 il sonra yarımfinala çıxdı

07 Iyul 2018 [19:53]

Bu gün DÇ-2018-in 1/4 finalında İngiltərə ilə İsveç millisi qarşılaşıb.

Mia.az bildirir ki, oyunda hesabı ingilislər açıblar. Belə ki, Harri Makvayn matçın 30-cu dəqiqəsində İngiltərə millisini hesabda irəli çıxarıb: 1-0.

Dele Alli görüşün 58-ci dəqiqəsində 2-ci topu İsveçin qapısından keçirib: 2-0.

Hakim oyunun əsas vaxtına 5 dəqiqə əlavə edib. Lakin bu dəqiqələrdə də hesab dəyişməyib - 2-0 .

Bununla da ingilislər 28 il sonra ilk dəfə yarımfinala vəsiqə qazanıblar.

Günün digər oyununda isə Xorvatiya meydan sahibləri Rusiya yığması ilə üz-üzə gələcək.

Bu oyunun qalibi isə İngiltərənin 1/2-də rəqibi olacaq.

 



SON XƏBƏRLƏR