Ərdoğan kimi spiker görmək istəyir? - AKP sürpriz namizəd irəli sürdü

img

07-07-2018 [17:41]


Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) Böyük Millət Məclisinin sədri postuna iyulun 12-də keçiriləcək seçkidə sürpriz namizəd irəli sürüb.

Mia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki,  Ərdoğanın lideri olduğu partiya parlamentin sədri vəzifəsində keçmiş baş nazir Binəli Yıldırımın namizəliyini göstərib.

Qeyd edək ki, Türkiyədə çoxları B.Yıldırımın vitse-prezident təıyin olunacağını gözləyirdi.

Xatırladaq ki, Yıldırımın spiker seçilməsi üçün 400 səsalmalıdır. Lakin AKP və onun müttəfiqi MHP-nin parlamentdə bu qədər səs verəcək deputatı yoxdur. Ona görə əgər spiker birinci və ikinci tur seçkisində tələb olunan səsi qazana bilməsə, o zaman 3-cü turda 301 deputatın səsi ilə həmin posta əyləşə biləcək.

Onu da qeyd edək ki, AKP-nin parlamentdə 296 deputatı var. 43 deputat isə MHP-ni təmsil edir. 


Digər xəbərlər
SON XƏBƏRLƏR