Şriftin ölçüsü / 335 dəfə oxunub

Mikayıl Cabbarova daha bir vəzifə verildi - Hökumətdən qərar

07 Iyul 2018 [15:39]
Nazirlər Kabineti "İri dövlət şirkətlərinin gəlirlər və xərclər smetaları haqqında” qərarda dəyişikliklər edib.

Bununla bağlı qərarı baş nazir Novruz Məmmədov imzalayıb.

Sənədə əsasən keçmiş vergilər naziri Fazil Məmmədov iri dövlət şirkətlərinin gəlirlər və xərclər smetalarına baxılma və həmin smetaların təsdiq edilməsi üzrə komissiyanın tərkibindən çıxarılıb.

Vergilər naziri Mikayıl Cabbarov komissiya üzvü kimi təsdiqlənib. 

Eyni zamanda "Gəlirlər və xərclər smetaları hazırlanmalı, təsdiq edilməli və icrası üzrə monitorinq aparılmalı olan iri dövlət şirkətlərinin Siyahısı”nın 11-ci hissəsində "Bakı Telefon Rabitəsi” İstehsalat Birliyi” sözləri "Bakı Telefon Rabitəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti” sözləri ilə əvəz edilib/Report. 


SON XƏBƏRLƏR