İranda azərbaycanlılara qarşı həbslər başlayıb - Saxlanılanların sayı 65-ə çatdı

img

07-07-2018 [14:53]


Güney Azərbaycanda Babək qalasına yürüşə görə daha bir azərbaycanlı milli fəal saxlanılıb.

Yaşar Həsənpur adlı fəal Babək qalasına yürüşdən qayıtdıqdan sonra təhlükəsizlik qüvvələri tərəfindən saxlanılaraq naməlum istiqamətə aparılıb.

Milli-mədəni fəalın mülki geyimli məmurlar tərəfindən Təbrizdə saxlanıldığı bildirilib.

Bununla da iyulun 2-dən başlayan həbs dalğasında azı 64 nəfərin saxlanıldığı dəqiqləşib.

Saxlanılan fəallar əsasən Təbriz, Urmiya, Ərdəbil, Tehran, Meşginşəhr (Xiyav), Xalxal, Muğan, Kəleybər, Bostanabad, Culfa, Marağa, Sulduz və Salmas şəhərinin sakinləridir/Axar.az.

Digər xəbərlər
SON XƏBƏRLƏR