ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı Hack forumu Hack forumu PDO Kullanımı Warez Mavi orkide Elmar Vəliyevin güllələnməsinin pərdəarxası... - Ekspertlərdən sensasion şərhlər - mia.az
Şriftin ölçüsü / 1413 dəfə oxunub

Elmar Vəliyevin güllələnməsinin pərdəarxası... - Ekspertlərdən sensasion şərhlər

07 Iyul 2018 [13:44]
Dünən Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti Gəncə şəhərinin icra başçısı Elmar Vəliyevin güllələnməsi ilə bağlı növbəti açıqlama yayıb. Açıqlamada bildirilir ki, 2018-ci ilin iyul ayının 3-də Gəncə şəhərində anadan olmuş Yunis Səfərov icra başçısı Elmar Vəliyevə və Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşı, polis serjantı Qasım Aşbazova odlu silahdan atəş açaraq onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Başlanılmış cinayət işi üzrə həyata keçirilən istinaq hərəkətləri vəəməliyyat-axtarış tədbirləri ilə müəyyən edilib ki, Rusiya Federasiyasının vətəndaşı olan Yunis Səfərovun törətdiyi bu cinayət məqsədyönlü şəkildə həyata keçirilən əvvəlcədən planlaşdırılmış terror aktıdır.

Y. Səfərovun 2016-cı ildə İrana gedərək 8 ay Qum şəhərində yaşayıb və bu müddət ərzində Azərbaycan vətəndaşı olan Rasim Əsədovla birgə Suriya ərazisində olan silahlı birləşmələrin tərkibində döyüş təlimi keçdiyi bildirilir.

2017-ci ildə isə Azərbaycana qayıdaraq Gəncə şəhərinə gəlib, həmin ilin iyun ayında odlu silah əldə etmək üçün «Kapitalbank»ın Gəncə filialında postda duran polis əməkdaşının başına küt alətlə xəsarət yetirərək «Makarov» markalı xidməti tapançasını ələ keçirib. Bundan sonra, Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevi öldürmək məqsədilə 2018-ci ilin yanvar ayında onu izləyib, şübhəli davranışı polis əməkdaşının diqqətini cəlb etdiyindən həmin tapançadan atəş açıb onu yaralayaraq hadisə yerindən qaçıb.

Cari il iyul ayının 3-də isə Gəncə Şəhər İcra Hakimiyyətinin qarşısına gələrək, qeyd olunduğu kimi, Elmar Vəliyevi və onun yanında olan polis əməkdaşını qətlə yetirməyə cəhd edib.

Araşdırmalar göstərir ki, Yunis Səfərovun terror aktını törətməkdə əsas məqsədi Azərbaycanda şəriət qanunları ilə idarə olunan islam dövləti qurmaq, bunun üçün bir neçə tanınmış dövlət məmurunu öldürməklə respublikada ajiotaj, xaos, vahimə yaratmaq, nəticə etibarı ilə hakimiyyətin zorla ələ keçirilməsini təşkil etmək olub. O, bu məqsədini həyata keçirmək üçün Müsəlman Birliyi Hərəkatı adından Azərbaycan vətəndaşlarına videomüraciət də hazırlayaraq onu xarici ölkədə yaşayan məsləkdaşlarına göndərib. İyul ayının 3-də Gəncə şəhərində törətdiyi terror aktı baş tutacağı halda həmin müraciətin respublikada yayılması nəzərdə tutulub.

Yunis Səfərov videomüraciətində "Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırzadənin üç körpəsini başsız qoyan şəxsi öldürmüşəm, bundan nümunə götürün. İslamın düşmənlərini öldürün, Azərbaycanda hakimiyyəti islam birliyi ələ almalıdır",- deyərək, ölkə əhalisini respublikanın vəzifəli şəxslərinə qarşı silahlı mübarizəyə qalxmağa səsləyib.

Məlumata görə, həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə Y. Səfərovla birgə cinayətin hazırlanmasında iştirak edən mütəşəkkil cinayətkar dəstənin üzvlərindən daha 3 nəfər tutulub. Bu cinayətkar dəstənin digər üzvlərinin müəyyən edilib məsuliyyətə cəlb olunması üçün tədbirlər davam etdirilir.

Birgə açıqlamada bildirilir ki, terror aktlarına, dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə çağırış edənlərə qarşı qanunla müəyyən olunmuş ən ciddi tədbirlər görüləcək.

Qeyd edək ki, hadisə baş verən günün səhərisi məsələnin mahiyyətində dini zəminin oması ilə bağlı fikirlər səslənirdi. Hətta Y. Səfərovun həyat yoldaşı adından səs yazısı da yayılmışdı. Həmin səs yazısında qeyd olunurdu ki, Y. Səfərov İmam Hüseynin qisasını alıb.

Maraqlıdır, dorğudanmı, ölkədə dindar-məmur münasibətləri bu həddə çatıb və bu gərginlik dindar-məmur cəbhəsi yarada bilər? Yaranırsa, bunda hansı qüvvələr maraqlıdır?

İcra başçısına silahlı hücumun mahiyyəti dəyişdirilir

Vüsal Hətəmov: "Elmar Vəliyev dindarların heysiyyəti ilə oynadığından...”

Mövzu ilə bağlı "Reytinq” qəzetinə aşıqlama verən şərqşünas-politoloq Vüsal Hətəmov bildirib ki, müvafiq dövlət qurumları araşdırma apardığından və geniş məlumat verilmədiyindən əsaslı söz demək çətindir: "Ancaq bir məsələni deyə bilərəm ki, Yunis Səfərovun etdiklərinin Azərbaycanın ənənəvi dini və dindarlarına dəxli yoxdur. Çünki Azərbaycanın ənənəvi dindarları heç vaxt silahla, zorakılıqla hansısa məsələnin həllində maraqlı olmayıblar. Bu kəsim hüquqi müstəvidə mübarizə yolunu tutub. Təbii ki, əks mövqedə olanlar var və onların fəaliyyəti qanunla araşdırılıb qiymət verilməlidir. Azərbaycan Konstitusiya və digər qanuni aktlarla idarə olunur. Hər bir vətəndaş da bu qanunlara əməl etməlidir. Gəncədəki hadisə ilə bağlı məntiqə uyğun mülahizələr çoxdur. Ən çox isə din və şəxsi məsələlər göz önünə gəlir”.

V. Hətəmovun sözlərinə görə, sosial şəbəkələrdə Elmar Vəliyev həm gəncəlilər arasında sevilməyən məmur kimi, həm də dini cameədə din əleyhinə addımlar atmış şəxs kimi hallandırılırdı: "Əlamətdar dini günlərdə şərab festivalının keçirilməsi, həssas dini günlərdə Gəncə pir və məscidlərində qadağa tipli addımların atılması Elmar Vəliyevin iş prinsipinə çevrilmişdi. Lakin qarşı tərəf dövlət məmuruna qarşı heç bir halda terror dolu ifadələr işlətməmiş, ekstremist mövqe sərgiləməmişdir.”

"Bəs niyə bu məsələ dindarlara daha yaxşı yapışır?” - sualına da cavab verən şərqşünas-politoloq təəssüflə qeyd edib ki, bunun üçün bir baza var: "Elmar Vəliyev dindarların heysiyyəti ilə oynadığından bu sui-qəsdi həmin mövzuya bağlamaq istəyirlər. Lakin dindar heç vaxt belə edə bilməz, hətta etsə belə, bunu dindarların, dinin adına yazmaq olmaz. Çünki Azərbaycanın dini cameəsi həmişə hüquqi müstəviyə daha çox əhəmiyyət verir, nəinki problemin qeyri-qanuni həll yoluna”.

Bəzi şəxslər silahlı hücumda xarici qüvvələrin də əlinin olduğunu ehtimal edirlər. V. Hətəmov da kənar müdaxiləni istisna eləmir: "25 ildir terrorçu Ermənistan dövlətinin həm fiziki, həm də mənəvi-psixoloji terrorlarına tuş gəlirik. Bütün qonşu dövlətlərimizdə erməni lobbiləri çox güclüdür. Onlar həm "din”, həm "müasirlik-avropalaşmaq”, həm də "millətçilik” qiyafəsində kənardan ölkəmizə təsir edə bilərlər. Təsəvvür edirsinizmi bu, nə deməkdir? Elə bilərsən ki, müsəlman cameədəsən, amma sən demə, xristian-erməni lobbisinin proqramı üzrə idarə olunursan, elə bilərsən, millətçisən, amma millətinə qarşı soyqırımı törədən erməni millətçiləri tərəfindən təşkilatlanırsan, elə bilərsən, müasirləşirsən, amma həmin o erməni mexanizmi tərəfindən müasirliyin yalnız fahişəlik və homoseksuallıq istiqamətində inkişaf edər. Odur ki, icra məmurları, dövlət qurumları xalqla, toplumlarla işləməli, hesabat xarakterli deyil, əməli proqramlar həyata keçirməli, əsl vətəndaş, əsl insan yetişdirilməsi üzərində çalışılmalıdır”.

Bəs görəsən, hazırkı dönəmdə təhlükəsizlik orqanları, həmçinin DQİDK və QMİ hansı tədbirləri görməlidir ki, həssas təbəqə olan və aralarında əməli cəhətdən olmasa da, fikri cəhətdən radikal dindarlar bu təxribata sürüklənməsin?

Şərqşünas-politoloq bu suala cavabında təəssüflə bildirib ki, hələlik heç bir qurum yetərincə nə bəyanat səsləndirib, nə də ictimai müzakirələr təşkil edib: "Artıq müəyyən araşdırmaların aparıldığı ortadadır. Detalları bizə bəlli olmasa da, rəsmi məlumatdan da görünür ki, bu istiqamətdə iş gedir. Amma artıq sosial şəbəkələrdə "Elmar Vəliyev” mövzusunda dindarlar təxribata çəkilir. Sanki Rafiq Tağı ssenarisi təkrarlanır. Artıq votsapla ünvansız mesajlar gəlir və təşviq edilir ki, Elmarı vuran şəxsə dua edilsin və bu mesaj bütün votsap nömrələrinə göndərilsin. Kim edir bunu, arxasında kim durur bu anonim mesaj təxribatlarının? Niyə müharibə şəraitində olan xalqımız kibercinayətlərin qurbanı olmalıdır? Niyə QMİ və DQİDK nüfuzlu din xadimlərini, icma sədrlərini teledebatlar təşkil edərək ictimaiyyət qarşısını dəvət eləmir? Tarixən din xadimləri ağsaqqallıq edərək qan yatırıb, indi niyə bu gözəl dəyərlərdən istifadə etməyək?

Sonda qeyd edim ki, Baş Prokurorluq, DİN və DTX-dan verilən açıqlamada müəyyən araşdırmaların aparıldığı bildirilir. Araşdırmanın nəticəsində son qərar veriləcək”.

İcra başçısına silahlı hücumun mahiyyəti dəyişdirilir

İlham İsmayıl: "...hadisəyə səbəb məmurun həddindən artıq təhqirə yol verməsidir”

Sabiq MTN polkovniki, təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl isə "Reytinq”ə açıqlamasında deyib ki, Yunis Səfərov uzun illərdir dini qurumlarla sıx əlaqədədir, daha doğrusu, radikal qurumlarla ibirliyində olub. 

Onun sözlərinə görə, Moskvada yaşayan bu şəxs oradakı məscidlərdə daha çox şiəliyi təbliğ edib: "Onun əsas fəaliyyət dairəsi gəncləri cəlbetmə yolu ilə radikal qurumlara xidmət göstərmək olub. Əvvəllər də məlum idi ki, Rusiyada, konkret olaraq Moskvada şiəlik istiqamətində əsas təbliğat mövqeyi talışlara və gəncəlilərə məxsusdur. Azərbaycanlıların məscidinin axundu da, səhv etmirəmsə, gəncəlidir - Axund Nizami.

Yunis ali təhsilli hüquqşünasdır, lakin öz ixtisası üzrə işləməyib. Dini qurumlarla birgə fəaliyyət göstərirdi. Alınan məlumata görə, 4-5 il əvvəl ailəsi ilə birlikdə İrana oxumağa gedib, daha doğrusu, göndərilib. Orda həqiqi dini təhsil alıb-almadığı dəqiq məlum olmasa da, 2-3 ildən sonra Moskvaya qayıdıb.

İranda birmənalı olaraq dini təhsil verilmədiyi barədə biz dəfələrlə bildirmişik. Amma onun dindar olması, hətta hansısa dini qrupun üzvü olması icra başçısına silahlı hücumun mahiyyətinə təsir eləmir. Məhz, həmin hadisənin kökündə təhqir dayanır. Bu adam "Allahu Əkbər!”- deyib hücum eləməyib ki? Əgər dini məqsəd olsaydı, başqa yer də seçilə bilərdi. Niyə məhz Gəncə? Çünki Gəncədə təhqir var və neçə illərdir ki, bu təhqir davam edir. İstəyir dindarı, istəyir adi vətəndaşı təhqir elə, nə vaxtsa biri cavab verəcək.

Y. Səfərovun dini qruplarla əlaqəli olmasını heç kim inkar eləmir. Amma icra başçısının vurulma məsələsinin mahiyyətində dini amilini yox, məmurun təhqirinə reaksiyanı axtarmaq lazımdır. Hesab edirəm ki, o, təhqirin heyfini alıb. Bəli, təhqirin hədəfində, dindarlar da, adi vətəndaş da, məmurlar da var. Silahlı hücumu kimin icra etməsi isə başqa məsələdir.

Elmar Vəliyev nə zaman dini radikallığın qarşısını aldı ki, indi ona qarşı belə bir akt olsun? Sovet hökuməti dövründə mən orda işləmişəm. Aşura günü hər il qeyd olunub, hamı hörmətlə yanaşıb. Təbii ki, bu zəmində də narazılıq təhqir nəticəsində yaranır. Yəni, necə fırlatsalar da, mahiyyət dəyişmir.

Heç kim inkar eləmir ki, dindarlara qarşı təhqir olmayıb. Baş verənləri toplayanda belə qənaətə gəlmək olar ki, hadisəyə səbəb məmurun həddindən artıq təhqirə yol verməsidir”.

Ekspert onu da deyib ki, hadisənin dini müstəviyə çəkilməsi hökumətdəkilərin marağındadır. Onun sözlərinə görə, hökumət nümayəndələri silahlı hücumun idarəçiliyə qarşı yönəlməsini istəmədikləri üçün belə bir versiya irəli sürülüb:

"Radikal dindarlara qarşı mübarizə aparanlardan biri də mənəm. İstəmərəm ki, bizin konstitusion quruluşa qarşı addımlar atılsın. Halbuki fərqli reverans edərdilər və cəmiyyət də rahat qəbul edərdi. Mən bir şeyi başa düşmürəm, bunlar xalqın narazılığını hiss eləmirlər? Bu qədər təzyiq, təhqir idarəçiliyinə son vermək lazımdır”.



ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı Hack forumu Hack forumu PDO Kullanımı Warez Mavi orkide
SON XƏBƏRLƏR