Fransa - Uruqvay qarşılaşması: fransızlar Qrizman və Varanın qolları ilə qalib gəldi

img

06-07-2018 [19:53]


Bu gün dünya çempionatında 1/4 final mərhələsinə start verilib.

Mia.az xəbər verir ki, ilk oyun günündə əvvəlcə meydana Fransa və Uruqvay çıxıblar. 

Oyunun 42-ci dəqiqəsində "Real Madrid"in formasını geyinən Varanın vurduğu qolla Fransa hesabda irəliyə çıxıb - 1-0

61-ci dəqiqədə "Atletiko Madrid"də forma geyinən Qrizman Fransanın daha bir qoluna imza tıb. Belə ki, onun uzaqdan vurduğu top qapıçı Musleranın kobud səhvi nəticəsində qapıya daxil olub - 2-0
 
Hakim oyunun əsas vaxtına 5 dəqiqə əlavə edib. Lakin qalan dəqiqələrdə hesab dəyişməyib və Fransa adını 1/2 finala yazdırıb.

Onu da qeyd edək ki, bu oyunun qalibi Brazilya-Belçika qarşılaşmasının qalibi ilə 1/2 finalda oynayacaq.

Sabah isə aşağıdakı yığmalar qarşılaşacaq:

18:00. İsveç - İngiltərə

22:00. Rusiya - Xorvatiya

Digər xəbərlər
SON XƏBƏRLƏR