Şriftin ölçüsü / 337 dəfə oxunub

Mədəniyyət Nazirliyində müşavirə keçirilib - Fotolar

06 Iyul 2018 [17:31]

İyulun 6-da Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasında mədəniyyət nazirinin müavini Rafiq Bayramovun sədrliyi ilə müşavirə keçirilib. Müşavirə Mədəniyyət Nazirliyində aparılmış struktur islahatları və regional mədəniyyət idarələrinin fəaliyyətinə həsr olunub.

Yığıncaqda nazirliyin müvafiq struktur bölmələrinin əməkdaşları, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və 15 regional mədəniyyət idarəsinin rəisləri və onların müavinləri iştirak edib.

Gündəlikdə duran məsələlər barədə məlumat verən Rafiq Bayramov Mədəniyyət Nazirliyində aparılan son islahatlar haqqında danışıb.

Vurğulanıb ki, ölkə başçısı 6 iyun 2018-ci il tarixdə Mədəniyyət Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı fərman imzalayıb. Fərmana əsasən nazirliyin yeni strukturu təsdiq edilib, həmçinin Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və regional mədəniyyət idarələrində işçilərin say tərkibi müəyyən olunub:

"Müşavirənin əsas məqsədi həyata keçirilən islahatlar nəticəsində qarşıya qoyulan yeni hədəflərə nail olmaq və bu istiqamətdə atılacaq addımların müzakirəsidir”.

Müşavirədə çıxış edən Regional siyasət şöbəsinin müdiri Pərviz İsgəndərli həyata keçirilən islahatlar nəticəsində regional idarələrlə daha sıx əməkdaşlığın qurulacağını bildirib. Qeyd edib ki, bölgələrdə göstərilən mədəni xidmətlərin səviyyəsinin artırılması, ölkəmizin regionlarının mədəni həyatının müasir inkişaf səviyyəsinə uyğun qurulması istiqamətində addımlar atılacaq:

"Regionlarda mədəniyyət sahəsinin inkişaf etdirilməsi Mədəniyyət Nazirliyinin prioritet istiqamətlərindən biridir. Qarışa qoyulan məqsədlərə nail olmaq üçün ilk növbədə mədəniyyət müəssisələrinin cəlbedici fəaliyyətinin təmin olunması, regional idarələrin beynəlxalq əlaqələrinin qurulması, informasiya texnologiyalarından istifadənin daha da artırılması, ödənişli xidmətlərin təşkili həyata keçirilməlidir”.

Şöbənin Təhsil müəssisələri ilə iş sektorunun müdiri Lalə Kərimova və İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov çıxış ediblər.




SON XƏBƏRLƏR