“Onların bəzisi prezidentin üzünə qarşı yalan deyirlər” - Partiya sədri

img

06-07-2018 [17:00]


Mingəçevir İES-də baş verən qəza və nəticədə bütün ölkənin qaranlığa qərq olması bu gün də ən çox müzakirə olunan məsələlər sırasındadır.

Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev baş verən qəzadan sonra bütün hökumətin istefaya göndərilməsinin vacibliyini vuğulayıb. Partiya sədri hesab edir ki, mövcud situasiya bəzi məmurların təcili həbsini tələb edir:

"Mingəçevirdə baş verən hadisə Azərbaycan dövlətçiliyinə vurulan ən böyük zərbə oldu. Bu hakimiyyət daxilindəki bəzi qüvvələrin apardığı "uğurlu bir iş” idi ki, ölkə başçısını nüfuzdan salmağa hesablanmışdı. Baş verənlər onun bu günə qədər apardığı uğurlu siyasətə kölgə salmaq üçün qurulmuş bir oyun idi.

Müşavirədə də qeyd edildi ki, stansiyanın fəaliyyətində qüsurlar var idi. Bu qüsurları bu vaxta qədər görmürdülər? Görürdülər. Bu insanların hamısı bir-biri ilə əlaqədədir. Bunlar bir-birləri ilə kirvədir, qudadır və s. Onların bir məqsədi var ki, bu da prezidenti nüfuzdan salamqdır. Buna da müəyyən dərəcədə nail olurlar. Baxın, qəzanın istidən baş verdiyi söylənilir. Sabah da deyəcəklər ki, qəza soyuqdan oldu. Yazda isə bu kimi hadisələrin yağışdan, leysandan olduğu iddia ediləcəklər. Məgər Hacıbalanın dönəmində yağış yağanda, qar yağanda Bakı iflic olmurdu?

Bunlar Azərbaycan xalqına aidiyyatı olmayan insanlardır.

Biz Azərbaycanın müstəqilliyi uğrunda canımızı qoymuşuq, şəhidlər vermişik. Mənim iki əmimoğlu şəhid olub.

Etibar Pirverdiyevin Azərbaycan xalqına nə canı yanacaq? Məmurların bəzilərinin arvadı ermənidir. Bu sırada gördünüz ki, qüllələrdə erməni bayrağı dalğalandı. Bunların hamısı düşünülmüş oyunlardır.

Baxın görün erməni saytları haqqımzıda nələr yazır. Bizə bu lazım idi? Hanı ölkənin energetika sektoruna ayrılan milyardlar? Kim yeyib bu pulları? Niyə bu məsələlər ortaya çıxmır? Bu hələ Azərbaycan üçün jurnaldır. Cinayət cəzasız qalanda, bax bu cür olur.

Istərdim ki, əziz qardaşım İlham Əliyev bir neçə məmuru təcili həbs göndərərdi. Onların bəzisi prezidentin üzünə qarşı yalan deyirlər.

Mən dəfələrlə demişəm ki, bu komanda ilə heç bir iş görmək mümkün deyil. Bunların beyinləri oğurladıqları milyardları harada gizlətmək haqqında düşünür. 4 milyarda yaxın "Azərenerji”yə pul ayrılıb. Bu pullar xaricdəki villalara sərf olunub.

Adi bir qəza ilə bütün ölkə qaranlığa büründü. Bu ehtimallar qabaqcadan düşünülməli idi. Hanı bu ölkənin elektrik stansiyaları? Şəmkir, Şirvan, Bakı-Mərdəkan və s. elektrik stansiyaları hanı? Biz ki, xaricə elektrik enerjisi ixrac edirdik? Nə oldu bəs? Millət bizdən bunları soruşur.

Bütün bunlar prezidentə qarşı qurulmuş oyunlardır. Bu insanların siyasi bacarıqları yoxdur.

Bu gün hökumət təcili şəkildə istefaya getməlidir. Onların əksəriyyəti həbs edilməlidir. Azərbaycanda yenidən hökumət qurulmalıdır. Bütün yükü paylamaq lazımdır. Bir nəfər bütün bu yükü daşıya bilməz.

Ölkə prezidenti millətini sevir. Millət üçün canını qoyur. Ətrafı isə prezident haqqında mənfi imic yaradır. Mən Hafiz Hacıyev buna imkan verməyəcəm.

Düşünürəm ki, Etibar Pirverdiyev təcili həbs edilməlidir. Metrodakı hadisə ilə bağlı metropoliten rəhbərliyi işdən azad olunmalıdır. Səhiyyə nazirinə mənim də hörmətim var. Dostumdur, yaxşı münasibətimiz var. Lakin müşavirədə prezidentə yalan deyir. Prezident özü ona irad tutdu ki, yalan danışırsan. Ayıbdır. Sizə həvalə edən vəzifənin öhdəsindən gəlməyi bacarçmırsınız. Bu miltdən nə istəyirsiniz? Ona nə vermisiniz ki, ala bilmirsiniz? Taladınız, dağıtdınız, torpaqlarımızı işğal edən ermənilərlə qohum oldunuz.

Komanda təcili dəyişməlidir. Ölkə prezidenti özünə sadiq insanları ətrafında cəmləməlidir. Kimlərin hansı xidməti olubsa, qoy tarixdə qalsın. Ediblər, əvəzində də milyardlar yığıblar. Bu gün dövlət başçımızın təklənmə prosesi gedir. Biz ölkə başçısına dəstək verməli, onun ətrafında birləşməliyik. Əgər bunu eləməsək, bu o deməkdir ki, ölkəmizi çətin günlər gözləyir”.


Digər xəbərlər
SON XƏBƏRLƏR