ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı PDO Kullanımı Warez "Azərbaycanda ikinci ali təhsil üçün müsabiqədənkənar qəbul olacaqr" - Təhsil Nazirliyi - mia.az
Şriftin ölçüsü / 379 dəfə oxunub

"Azərbaycanda ikinci ali təhsil üçün müsabiqədənkənar qəbul olacaqr" - Təhsil Nazirliyi

06 Iyul 2018 [13:55]
"Azərbaycanda yaxın gələcəkdə ikinci ali təhsil üçün müsabiqədənkənar qəbul planlaşdırılır".

"Report" xəbər verir ki, bunu Təhsil Nazirliyinin Hüquq şöbəsinin müdiri Sübhi Kazımov deyib.

Onun sözlərinə görə, Azərbaycanda hazırda ali təhsilli şəxs ikinci ali təhsil almaq üçün müsabiqədənkənar, yəni Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanlardan kənar ali məktəbə qəbul oluna bilir: "Bakalavr təhsili almış bir şəxs kollecə qəbul olmaq istədikdə o, mütləq Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanlarda iştirak etməlidir. Bununla bağlı yeni təkliflər hazırlanarkən Dövlət İmtahan Mərkəzi də bizimlə razılaşdı ki, ali təhsilli şəxsin kollecə qəbul olması üçün müsabiqədə iştirakı vacib deyil. Qanuna edilən yeni dəyişiklik ali təhsilli şəxsin kollecə müsabiqədən kənar qəbuluna imkan yaradır".

S.Kazımov deyib ki, hər hansı şəxs kolleci bitirdikdən sonra ali təhsil müəssisəsinə qəbul olmaq üçün müsabiqədən keçməlidir: "Lakin qanun orta ixtisas müəssisəsini bitirmiş şəxsə ali məktəbə müsabiqədən kənar qəbul olmağa imkan verir. Bununla bağlı qaydalar hazırlanacaq və müəyyən ediləcək ki, hansı ixtisaslar üzrə hansı ali məktəbə daxil olmaq olar və kollecdə toplanan kreditlər ali məktəbdə necə nəzərə alınacaq".


ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı PDO Kullanımı Warez
SON XƏBƏRLƏR