Nəsimi məktəblilərinin Zirə Mədəniyyət Mərkəzi və Eko-Parka ekskursiyası təşkil olunub

img

06-07-2018 [11:21]


Məktəblilərin yay tətili günlərində uşaq və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, istirahət müddətində onların bilik səviyyələrinin, dünyagörüşünün artırılmasına köməklik göstərilməsi üçün Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə orta məktəb şagirdləri üçün silsilə tədbirlər təşkil olunub keçirilir.

Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon məktəblilərinin Heydər Əliyev Fondunun layihəsi olan Zirə Mədəniyyət Mərkəzi və Eko-Parka ekskursiyası təşkil olunmuşdur. Məktəblilər ilk öncə Mədəniyyət Mərkəzində Ümummilli Lider Heydər Əliyevin büstü önünə tər çiçəklər düzüb, xatirəsinə ehtiramlarını bildiriblər.

Nəsimi rayon məktəbliləri Zirə Mədəniyyət Mərkəzinin Qalereya – yaşıllıq ərazisi, Fotostudiya, Art-studiya, Elektron kitabxana, IDEA resurs mərkəzi, Şahmat otağı, Xarici dil kabineti (ingilis, fransız və rus dilləri), Moda studiya, Gimnastika və rəqs zalı, Zirə Xalça Muzeyi və Xalçaçılıq Tədris Mərkəzi ilə yaxından tanış oldular. Daha sonra məktəblilərə Zirə Mədəniyyət Mərkəzinin əməkdaşları tərəfindən Eko Park haqqında məlumatlar verilib.Bildirildi ki, Eko-Park xüsusi landşaft dizaynı ilə layihələşdirilib, burada 50.000-dən çox müxtəlif növ dekorativ və meyvə ağacları, 100.000-dən artıq kol və 1.000.000-a yaxın çiçək və gül əkilib. Eko Parkda Heydər Əliyev Fondunun vitse–prezidenti Leyla Əliyevanın müəllifi olduğu Həyat abidəsi - "Ürək” abidəsi məktəblilərin böyük marağına səbəb oldu.

Daha sonra Eko Parkda ekzotik quşlardan yaradılan Quş parkındakı quşlara uşaqlar böyük sevinclə tamaşa etdilər. Uşaqlar park sahəsində müxtəlif növ attraksionlardan ibarət uşaq, idman trenajor qurğularında oynayıb əyləndikdən sonra onlar üçün təşkil olunmuş nahar süfrəsində ekskursiya zamanı aldıqları məlumatları birbirləri ilə paylaşdılar. Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva məktəblilərə xüsusi hazırlanmış hədiyyələr təddim edərək, dövlətimiz tərəfindən onların təhsili, sağlamlığı və istirahərləri istiqamətində görülən işlərdən söhbət açmış, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın gələcəyimiz olan uşaqlara diqqət və qayğısından danışmışdır.

Ekskursiyanın sonunda məktəblilər Zirə Cinemada cizgi filminə tamaşa etdilər. Zirə Mədəniyyət Mərkəzində keçirilən ekskursiya məktəblilərin yaddaşında xoş izlər buraxmış, onların müəllim və valideynlərinin çox böyük razılıqlarına səbəb olmuşdur.









Digər xəbərlər
SON XƏBƏRLƏR