05-07-2018 [19:53]
"Mən Elmar Vəliyevə şəfa diləyirəm. O ailəni çox gözəl tanıyıram. Vəliyevlər ailəsi, bütün qardaşlar vətəninə, xalqına bağlı olan şəxslərdir, ən çətin günlərdə, ən çətin anlarda Vətən uğrunda mübarizə aparıblar, ön cəbhədə olub, əsgərlərə yardım ediblər. Özü də onlar hamısı hərbi rütbə daşıyan insanlardır”.
YAP-ın icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov bu fikirləri Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə sui-qəsdlə bağlı Musavat.com-a açıqlamasında bildirib.
Deputat qeyd edib ki, hakim partiyanın qurulmasında E.Vəliyev yaxından iştirak edib: "Mənim yaxşı yadımdadır ki, Elmar Vəliyevlə o zonada YAP-ın yaradılması işində birlikdə fəaliyyət göstərmişik. Yəni hər şeyin tarixi var, bu məsələlər yeni ortaya çıxmayıb. Böyük qardaşları hələ Şəmkirdə işlədiyi dövrdə, ən çətin vaxtlarda, hansı ki, heç nə çatışmırdı, öz şəxsi, ailə büdcələrindən hərbiyə yardımlar edib. Həmçinin digər qardaşlar da eləcə... Elmar Vəliyevin özü Yevlax gömrüyünün rəisi idi. O dövrdə mütəmadi olaraq Tərtərdən başlamış, Bərdəyə qədər cəbhə bölgələrinə gedirdi. O zaman yaralıların müalicəsində, ən əsası dövlətçiliyin qorunub-saxlanmasında çox böyük işlər görüb. Həmçinin bu ailə nəsillikcə dövlət çevrilişinin həmin bölgədə qarşısının alınmasında aktiv olub”.
E.Vəliyevin kimlərisə təhqir etməsi barədə səslənən fikirlərə gəldikdə, S.Novruzov bunu təkzib etdi: "Mən neçə illərdir onu tanıyıram, biz uzun müddətdir, 28 ilə yaxındır dostuq. Bu vaxta qədər o adam kimisə təhqir etməyib və kiminləsə təhqirlə danışmayıb. Əksinə, kasıba, kimsəsizə, zəhmətkeş insanlara həmişə əl tutub, kömək edib”.
Maraqlıdır, S.Novruzov illərin dostu olduğu icra başçısına zəng edib "keçmiş olsun” deyibmi?
YAP funksioneri bu suala cavabında deyib: "Əlaqə saxlamağa çalışmışam. İndi bilirsiniz də vəziyyət elədir ki...Hələ özü ilə danışa bilməmişəm”.
E.Vəliyevin vəziyyətinin necə olduğunu, yaxud harada müalicə olunduğunu soruşduqda, S.Novruzov bildirdi ki, bu haqda bir söz deyə bilməz.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb
PREZİDENT GENERALLA BAĞLI SƏRƏNCAM İMZALADI
YAP-çı deputat Rəsul Quliyevin elə müdafiəsinə qalxdı ki... - Eks-spiker "altdan işləyir?"
Bu ölkə Fələstini rəsmən dövlət kimi tanıdı
Eldar Əzizov Müsavata "hə" dedi - Partiya qurultaya hazırlaşır
Aysun İsmayılova: “Çox şıltaq və pozitiv insanam, amma..."
Rasim Balayev: "Məni aşağıladılar, ailəmə yaxın adam..." - MÜSAHİBƏ
Sabah hava necə olacaq? - Proqnoz
İzmirdə PKK/KCK əməliyyatı: 6 nəfər saxlanılıb
Xankəndidə yenə silah-sursat tapılıb
AMEA-da yeni şöbələr yaradılıb - Təyinatlar olub
İstanbulda FETÖ əməliyyatı: daha 13 nəfər tutulub
Ticarətçı: "Deputat olmaq istəmirəm"