ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı Hack forumu Hack forumu PDO Kullanımı Warez Mavi orkide Dövlət Baytarlıq Xidmətindən havalarla bağlı əhaliyə - Xəbərdarlıq - mia.az
Şriftin ölçüsü / 185 dəfə oxunub

Dövlət Baytarlıq Xidmətindən havalarla bağlı əhaliyə - Xəbərdarlıq

05 Iyul 2018 [19:12]

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti havaların isti keçməsi ilə əlaqədar görülməsi vacib olan tədbirlərlə əlaqədar xəbərdarlıq yayıb.

Nazirlikdən Mia.az-a verilən məlumata görə, anomal hava şəraiti dövründə kənd təsərrüfatı heyvanları və ev quşları arasında qabaqlayıcı tədbirlərin yerinə yetirilməsi zəruridir.

Dövlət Baytarlıq Xidməti fermerlərə tövsiyə edir ki, heyvanları günün isti vaxtlarında (saat 11:00-dan 17:00-dək) günvurmadan qorumaq üçün baytarlıq-sanitariya qaydalarına uyğun saxlamaq, iri və xırdabuynuzlu heyvanları qan-parazitar xəstəliklərdən qorumaq məqsədi ilə baytar həkiminin nəzarəti altında vaxtlı-vaxtında çimizdirmək, iribuynuzlu damazlıq heyvanları sərinləşdirici vasitələrdən istifadə edərək temperatur rejimini tənzimləməklə yaşıl yem kütləsi və təmiz içməli su ilə təmin etmək lazımdır.

Xidmət həmçinin Rayon Baytarlıq İdarələrinə əhaliyə məxsus heyvanlar və quşlar arasında profilaktik peyvəndləmələrin, baytarlıq tədbirlərinin epizootik plana müvafiq vaxtlı-vaxtında, təlimata uyğun yerinə yetirilməsini tapşırıb.



ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı Hack forumu Hack forumu PDO Kullanımı Warez Mavi orkide
SON XƏBƏRLƏR