Novxanıda attraksion üstündə dava - Bir nəfər öldü

img

05-07-2018 [18:06]


Novxanıda yerləşən "Aqua Park” əyləncə mərkəzində ölüm hadisəsi baş verib.

Mia.az lent.az-a istinadən xəbər verir ki, əyləncə mərkəzində olan attraksionda insanlar arasında toqquşma baş verib və bir nəfər həyatını itirib.

Əyləncə mərkəzinin meneceri Sevinc xanım (soyadı dəqiqləşdirilməyib) faktı təsdiqləyib. O bildirib ki, hazırda həmin yerə gedir: "Mənə məlumat veriblər. Lakin həyatını itirən vətəndaşın şəxsiyyəti hələ müəyyənləşdirilməyib. Hadisənin necə baş verdiyindən xəbərsizəm”.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov isə bildirib ki, bu barədə Mətbuat Xidmətində məlumat yoxdur.


Digər xəbərlər
SON XƏBƏRLƏR