"Bu müşavirə göstərdi ki, ölkədə vəziyyət ciddi nəzarət altındadır..." - Sabiq dövlət müşaviri

img

05-07-2018 [16:35]


"Bu müşavirə göstərdi ki, ölkədə vəziyyət ciddi nəzarət altındadır və prezident bütün problemlərdən çıxış yollarını bilir.

Bunu Axar.az-a Prezident İlham Əliyevin ölkənin enerji sistemindəki vəziyyətlə əlaqədar keçirdiyi müşavirədəki nitqini şərh edən sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq müşavirənin yüksək tələbkarlıq şəraitində keçdiyini vurğulayıb:

"Prezident müşavirədə təkcə komissiya üzvlərinə deyil, əslində, ölkənin bütün məmurlarına səsləndi. Ölkə rəhbəri "Azərenerji” sədrinin timsalında ölkədə baş verən nöqsanlara qarşı necə sərt və prinsipial mübarizə apardığını ortaya qoydu. Prezident dəfələrlə məmurların xalqın qulluqçuları olduğunu bildirib və hər bir məmuru məsuliyyətli olmağa çağırıb. Bu üzdən də məmurlar, nazirlər və ölkənin idarəçiliyi ilə məşğul olan insanların qarşısında konkret tələblər qoyulub. Ölkə rəhbərinin son müşavirədə bu məqama bir daha toxunması ondan xəbər verir ki, həmin xəbərdarlıqdan nəticə çıxarmayan məmurlara qarşı daha sərt tədbirlər görüləcək”.

Q.Hüseynli qeyd edib ki, prezident bütün nazirlik və komitələrin qarşısında dayanan problemlərdən xəbərdardır və buna görə də onları gecə-gündüz işləməyə dəvət edib:

"Buradan belə qənaətə gəlmək olar ki, ölkə başçısı Mingəçevirdəki qəzadan sonra məmurlarla bağlı çox ciddi və prinsipial siyasət yeridəcək. Nöqsanları və qarşıya qoyulan konkret vəzifələri qısa müddətdə aradan qaldırmağa müvəffəq olmayan məmurlar isə sərt cəzalanacaq. Ümumiyyətlə, prezident ölkə idarəçiliyi ilə bağlı çox dərin siyasi iradəyə malikdir və ortaya çıxan problemlərin həlli üçün də məmurlara kartblanş verdi. Hesab edirəm ki, hazırda prezidentin bütün situasiyaya nəzarət etməsi belə qəzaların təkrarlanması ehtimalını yox dərəcəsinə endirəcək”.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR