"Təqsirkarlar günahlarına uyğun olaraq ən sərt şəkildə cəzalandırılacaq" - Asim Mollazadə

img

05-07-2018 [16:22]


"Dövlət başçısından öz vəzifələrini icra edə bilməyən məmurlarla bağlı sərt qərarlar gözləyirik".

Bu sözləri Prezident İlham Əliyevin ölkənin enerji sistemindəki vəziyyətlə əlaqədar keçirdiyi müşavirədəki nitqini şərh edən millət vəkili Asim Mollazadə deyib.

"Baş verən son qəza nəticəsində ölkənin milli təhlükəsizliyinə zərbə vurulub. Hesab edirəm ki, komissiya tərəfindən aparılan araşdırmalar bitdikdən sonra məsələ ilə bağlı çox ciddi qərarlar veriləcək və verilən müvafiq qərarlara uyğun olaraq da cəzalar tətbiq olunacaq. Kimlərin vəzifədən gedəcəyi birbaşa prezidentin səlahiyyətində olan məsələdir. Ancaq əminəm ki, baş verən son olaydan dolayı təqsirkarlar günahlarına uyğun olaraq ən sərt şəkildə cəzalandırılacaqlar”, - deputat bildirib/Axar.az

Digər xəbərlər
SON XƏBƏRLƏR