“Bu işdə təkcə “Azərenerji” deyil, həm də müəyyən qurumlar təqsirkardır" - Deputat hökuməti günahkar sayır

img

05-07-2018 [16:02]


"Cənab prezident komissiya yaradıb və hazırda bütün məsələlər ciddi araşdırılır".

Mia.az bildirir ki, bu sözləri Axar.az-a İlham Əliyevin ölkənin enerji sistemindəki vəziyyətlə əlaqədar keçirdiyi müşavirədəki çıxışı və verdiyi göstərişlərlə əlaqədar danışan Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib.

 Millət vəkili bildirib ki, prezidentin qeyd etdiyi kimi, bu məsələ bir sıra vacib suallar yaradıb, ona görə də çox ciddi araşdırılmalıdır:

"Bu işdə təkcə "Azərenerji” deyil, həm də müəyyən qurumlar təqsirkardır. Komissiya və Baş Prokurorluq bütün günahkarları üzə çıxaracaq. Prezidentin məmurlara qarşı iradlarını çox yüksək qiymətləndirirəm. Ümumiyyətlə, dövlət başçısı baş verən olaydan dolayı bütün prosesə müdaxilə etmək məcburiyyətundə qaldı. Əslində, bu, hökumətin işidir və hökumət üzvləri mütəmadi olaraq bu cür məsələlərdə diqqətli olmalıdır. Strateji sahələr və obyektlərdə həmişə yoxlamalar keçirilməlidir. Əgər müəyyən sahələrdə nöqsanlar varsa, onlar dərhal aradan götürülməlidir. Hesab edirəm ki, vaxtında tədbir görülsəydi, bu gün Mingəçevirdə belə bir hadisə baş verməzdi. Bu, təəssüf doğurur”.

Digər xəbərlər
SON XƏBƏRLƏR