Şriftin ölçüsü / 66 dəfə oxunub

Azərbaycan həqiqətləri ... - Silsilə tədbirlər keçirilib

05 Iyul 2018 [15:41]
"Şahdağ Xeyriyyə” İctimai Birliyi iyun və iyul ayları ərzində ardıcıl olaraq Bakının Yasamal rayonu üzrə Xurşudbanu Natavan adına kitabxanada, Nizami rayonu üzrə YAP-nin binasında və Binəqədi rayonu üzrə Gənclər evində və Səbail rayonu üzrə Həzi Aslanov adina Mərkəzi Zabitlər Evində "Azərbaycan həqiqətlərinin yayılması istiqamətində maarifləndirici tədbirlərin keçirilməsi” layihəsi üzrə tədbirlər keçirib.

Tədbirdə 300 dən artıq YAP- nin fəalları, məktəblilər, gənclər, müəllimlər,alimlər,mədəniyyət işçiləri, şairlər, media işçiləri, icra hakimiyyəti müavinləri, nümayəndələri, hərbi zabitlər, Qarabağ qaziləri, misal üçün– Yasamal rayonu üzrə Yasamal rayon Xurşudbanu Natavan adına kitabxananın müdürü, MÇS –nin böyük metodisti, Layihənin experti, "Dünya Azərbaycanlılarının Həmrəyliyinə Dəstək” İ.B.-nin prezidenti Tofiq Əlizadə, Şahdağ xeyriyyə İ.B.- nin sədri Rəhilə Teymurova, Qadin birliyi İ.B. –nin sədri Niftəliyeva Kifayət, Dünya Ana və Yşaqlar İ.B.-nin sədri Dünyaxanım Əliyeva, Jurnalistlər- V. Zemfira xanım, Firuzə Əsədullayeva, Nizami rayonu üzrə - icra hakimiyyəti başçısının müavini Gülnaz israfilova, Rayon agsaqqallar şurasının sədri Mayıl Əliyev, " Erməni təcavüzünün tanıdılması” İ.B. sədri Səriyyə Müslümqızı , Nizami rayon veteranlar təşkilarının sədri Yəhya Ağayev, Binəqədi rayonu üzrə Binəqədi rayon Gənclər evinin müdürü Sevinc Süleymanova, Binəqədi rayon ASAN xidmət işçisi Cavadov Aydın Azər. Sənaye Unversitetinin tələbəsi Qalib Haqverdiyev, Tələbə İsmayılova Cəmilə,Sabail rayonu üzrə Həzi Aslanov adına Mərkəzi Zabitlər evinin rəisi polkovnik Rəşad Abuzərov,mayor Ramil Qasımov,Zabitlər evi kitabxanasının müdürəsi Zəminə xanım Xinalı, Carçı jurnalinın baş redaktoru Gülnara Əmirquliyeva, exspert Tofiq ƏlizadəŞ müğənni laureat Yaqut Xəlilzadə və başqa şəxslər iştirak ediblər və çıxış ediblər.

Tədbir iştirakçıları, Ulu öndər Heydər Əliyevin Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünün qorunması sahədə göstərdiyi xidmətlərdən, respublikamızın qüdrətli bir dövlətə çevrilməsindən, beynəlxalq nüfuzunun artmasından danışıblar.

Sonra layihənin rəhbəri, "Şahdağ Xeyriyyə” İB-nin sədri Rəhilə Teymurova layihənin icra planı üzrə görəcəyi işlərdən danışıb, həyata keçirdiyi layihənin aktuallığından geniş danışıb. R.Teymurova Ulu öndər Heydər Əliyevin əmək fəaliyyətindən, respublikamızın daxili və xarici siyasətinin uğurlarından danışıb.
Layihə rəhbəri R.Teymurova çıxışının sonunda, Azərbaycanın milli maraqlarınin müstəqilliyimizin, suverenliyimizin və ərazi bütövlüyünün qorunmasında olduğunu, Azərbaycanin dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq içərisində yaşadığını, Azərbaycanin bərabər tərəfdaşlıq əsasında beynəlxalq əməkdaşlığın inkişafında uğur qazandığını, Avropaya və ümumiyyətlə dünyaya inteqrasiya etməklə Respublikamız beynəlxalq aləmdə yüksək nüfuz sahibi olmağa çalışdığını söylədi. Bu gün sülhsevər Azərbaycan həqiqətlərini dünya ictimayyətinə daha tez və olduğu kimi çatdırmaq bizim hər birimizin borcu olduğunu söylədi.

Tədbirlərin gedişatı dövründə, tədbir iştirakçılarına dəftərxana ləvazımatı, icra planı üzrə çap olunmuş 800-ə qədər buklet paylanıb çay, şirniyyat və büdcədən kənar əlavə olaraq meyvə süfrəsi verilib, iştirakçılar və əhali arasında sorğu keçirilib.

"Şahdağ” xeyriyyə İ.B.-nin fəal nümayəndələri sədr başda olmaqla Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin rəisi polkovnik Rəşad Abuzərov tərəfindən "Hərbi vətənpərvərlik mövzusunda keçirilən tədbirdə fəal iştirakına görə " "Fəxri Fərmanlar”- la təltif olunublar.







SON XƏBƏRLƏR