Bolqarıstan milli komandasının futbolçusu "Qarabağ"da - 3 illik müqavilə + FOTO

img

05-07-2018 [15:36]


"Qarabağ" klubu Bolqarıstan milli komandasının futbolçusu Simeon Slavçev ilə 3 illik müqavilə imzalayıb.

Mia.az "Qarabağ"ın rəsmi saytına istinadən bildirir ki, 25 yaşlı yarımmüdafiəçi artıq Ağdam təmsilçisinin Avstriyada davam edən təlim-məşq toplanışındadır.

Slavçev peşəkar karyerasına 2010-cu ildə ölkəsinin "Liteks” klubunda başlayıb və 4 il burada forma geyindikdən sonra Portuqaliyanın "Sportinq” klubuna transfer olunub. Slavçev icarə əsasında İngiltərənin "Bolton”, Kiprin "Apollon”, son olaraq isə Polşanın "Lexiya” (Qdansk) klubunda çıxış edib.

Ölkəsinin müxtəlif yaş qrupları üzrə milli komandalarında çıxış edən Slavçev 2013-cü ildən əsas milli komandaya dəvət alır.

Digər xəbərlər
SON XƏBƏRLƏR