“Prezidentin xəbərdarlığından lazımı adamlar öz dərslərini götürəcək” - Komitə sədri

img

05-07-2018 [15:10]


Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü, Milli Məclisin regional məsələlər komitəsinin sədri, deputat Arif Rəhimzadə ötən gün prezident İlham Əliyevin ölkənin enerji sistemindəki vəziyyətlə əlaqədar keçirdiyi müşavirədə səsləndirdiyi iradlara münasibət bildirib.

Mia.az xəbər verir ki, komitə sədri "Ölkə.Az”a açıqlamasında deyib ki, ölkə başçısının bu addımı Azərbaycan əhalisi tərəfindən də müsbət qarşılanıb:

"Dünən cənab prezident müvafiq qurumların rəhbərlərinə qəti şəkildə bildirdi ki, yaxşı işləmirsiniz, məsuliyyətsizlik və diqqətsizlik göstərirsiniz və sairə. Ölkə başçısı çox kəskin və dəqiq şəkildə öz fikirlərini bildirərək, məmurlara xəbərdarlıq edib. Onun bu fikirləri xalqımızın ürəyincə olub. Hesab edirəm ki, cənab prezidentin xəbərdarlığından lazımı adamlar öz dərslərini götürəcək”.

A.Rəhimzadə qeyd edib ki, ölkə başçısının bu çıxışları reallıqdan uzaq olan adamlara da çox yaxşı mesajdır:

"Dünənki müşavirə bir daha göstərdi ki, baş verənlərə dəqiq qiymət verilməsini cənab prezident hamıdan yaxşı bilir. Ona görə də ölkə başçısı nə gərəkirsə, onu da edəcək. Dünənki müşavirədə çıxış edən fövqəladə hallar naziri Kəmaləddin Heydərov da çox peşəkarcasına ölkə başçısına məruzə edərək məsələ qaldırıb. Ona görə də lazımı tədbirlər görüləcək, günahkarlar mütləq cəzalandırılacaq”.



Digər xəbərlər
SON XƏBƏRLƏR