QHT Şurasının dəstəyi ilə 400 gəncin işsizlik səbəbi araşdırılır - FOTOLAR

img

05-07-2018 [11:07]


"Bələdiyyələrin İnkişafına Yardım ” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə ” Bakı şəhərinin Binəqədi, Nəsimi və Yasamal rayonlarında gənclərin işsizlik vəziyyətinin öyrənilməsinə dair alternativ monitorinqin keçirilməsi” layihəsinə yekun vurulub.

Bununla bağlı İctimai Birliyinin sədri Niyaməddin Orduxanlı Mia.az-a açıqlama verib.

Onun sözlərinə görə, layihə Bakı şəhərinin 3 rayonunu – Binəqədi, Nəsimi və Yasamal rayonlarında " Prezidentin yanında Qeyri-Höküm Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi hesabına 3 rayonda 400-dən artıq gənclərin işsizlik vəziyyətinin öyrənilməsinə dair alternativ monitorinqin keçirilməsi ilə bağlı layihəmiz icra olunur. Təşkilatımızın əsas işi qeyd etidiyim kimi, rayonlarda yaşayan və hal-hazırda işsiz olan gəncləri işsiz qalmasının səbəbini araşdırmaq idi. Təşkilatın əsas məqsədi gənclərin işsizlik vəziyyətinin yerlərdə öyrənilməsi, gənclərin iş tapa bilməməsini yaradan səbəbləri araşdırmaq , gənclərin peçə və ixtisas seçimində düzgün istiqamətləndimək və bizim hazırladığımız sorğunu hər rayonda yaşı 18-29 yaş qrupunda 100 gəncin cavablandırmasıdır. Yəni, layihəyə əsassən 3 rayonda, hər rayonda da 100 gənclə sorğu apardıq. Bununla yanaşı biz bir təşkilat olaraq ölkədə gənclərin məşğulluğu ilə əlaqədər qurumların, habelə Gənclər və İdman Nazirliyinin də qəbul etdiyi prioritet proqramlarının mövcudluğunu və gənclərin məşğulluq problemləri ilə bağlı ekspertlər, işsiz gənclər, işəgötürənlər, müvafiq dövlət qurumlarının müxtəlif yanaşmaların olduğunu xüsusi vurğulayırıq. Bu qurumlar müxtəlif yanaşmalarla gənclərin işsizlik probleminin yaranma səbəblərini müxtəlif şəkildə də qiymətləndirirlər. Azərbaycan Respublikasının gənclərə yönəlik uğurlu siyasət aparmasından da bəhs edirik. Xeyli sayda gənclərin yeni iş yerlərinə dövlət tərəfindən cəlb olunduğu faktlarının da şahidi oluruq. Bununla yanaşı gənclərin işsizlik probleminin yaranma səbəblərini ümumiləşdirib aşağıdakı qənaətə gəlmək olur: Gənclərin ixtisas bilikləri, digər bilik və bacarıqlarının əmək bazarı tələblərinə uyğun olmaması, informasiya çıxışlarının zəif olması, işsizlərin seçimi və karyera məsələsinə münasibəti, gender problemləri və mental faktorlar və təhsil səviyyəsinin aşağı olması.


Digər xəbərlər
SON XƏBƏRLƏR