Serj Sarkisyanın qardaşı oğluna qarşı iş açıldı

img

04-07-2018 [17:04]


Ermənistanın Baş Prokurorluğu keçmiş prezident Serj Sarkiryanın qardaşı oğluna qarşı işi bərpa edib.

 

Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, Serj Sarkisyanın qardaşı oğlu Ayk Sarkisyan adam öldürməyə təşəbbüsdə ittiham edilir. Aprelin 1-də bir nəfər qarnından odlu silahla yaralanmış vəziyyətdə xəstəxanaya çatdırılıb.

 

İyunun 29-da o, keçmiş prezidentin qardaşı oğlu Ayk Sarkisyanın narkotik vasitənin təsiri altında onun qarın nahiyəsinə atəş açdığı ifadəsini verib.

Bu vaxta kimi isə təhqiqat başqa bir nəfəri şübhəli bilib.

 

"Zərərçəkmiş bildirib ki, Sarkisyan narkotik vasitənin təsiri altında onun qarnına atəş açıb”- prokurorluğun bəyanatında bildirilir.

 

Qeyd edək ki, cinayət işi ilə əlaqədar Milli təhlükəsizlik Xidmətinin əməkdaşları Serj Sakisyanın qardaşının evində xüsusi əməliyyat tədbiri keçirir və hələ də oradadırlar.


Digər xəbərlər
SON XƏBƏRLƏR