"Yaxın Şərqdəki böhranı İransız həll etmək mümkün olmayacaq” - Rəsmi Moskvadan bəyanat

img

04-07-2018 [17:04]


İranın Suriyadan gedəcəyini gözləmək qeyri-realdır.

Bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, İran Yaxın Şərqdə oynadığı roldan imtina etməyəcək:

"İranın Suriyadan gedib, öz sərhədləri çərçivəsində qalması nəticəsində rifah olacağını düşünürlər. Aydındır ki, bu, qeyri-realdır. Yaxın Şərqi İran, Səudiyyə Ərəbistanı, İordaniya, Misir və digər bir çox ölkənin iştirakı olmadan həll etmək mümkün olmayacaq”.

Axar.az

Digər xəbərlər
SON XƏBƏRLƏR