Şriftin ölçüsü / 87 dəfə oxunub

SİMİB-dən yeni layihə: “Оккупированные районы Азербайджана” adlı sənədli filmi çəkilib

04 Iyul 2018 [15:06]
Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyi (SİMİB) Azərbaycan Respublikasının Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "İşğal olunmuş Qarabağ rayonları sənədli filmi (rus dilində)”  Layihəsi çərçivəsində sənədli filmin hazırlanmasını başa çatdırıb.

Birlikdən Mia.az-a verilən məlumata görə, layihə çərçivəsində rus dilində "Оккупированные районы Азербайджана” adlı sənədli film çəkilib.

Film Ermənistanın Azərbaycana qarşı 1988-94-cü illərdə hərbi təcavüzü haqqındadır. Filmdə 1988-ci ildən başlayaraq Ermənistanın Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsi və onun ətraf rayonlarında apardığı terror və işğal hadisələri xronoloji ardıcıllıqla faktlara söykənən məlumatlarla öz əksini tapmışdır.  İşğal olunmuş rayonlarımız haqqında məlumatlar da filmdə qeyd olunmuşdur.

Qeyd edək ki, saxtalığa alışmış erməni təbliğat maşını sosial şəbəkələrdə filmlər çəkərək Qarabağın onlar tərəfindən işğal edilməməsi guya yerli erməni əhalisinə qarşı Azərbaycan təcavüzü haqqında boş faktlarnan dünya ictimaiyyətinin çaşdırmağa çalışırlar. Filmdə işğal olunmuş rayonlarımız haqında məlumat və dəymiş ziyanlar, onun işğalçılar tərəfindən talanması faktları yer almışdır.  Hesab edirik ki, bu filmin hazırlanması ilə biz erməni işğalının Azərbaycana vurmuş ziyanı haqqında məlumatı geniş dünya ictimaiyyətinə çatdırmaqla öz töhvəmizi vermiş olarıq. Film sosial şəbəkələrdə yayımlanacaq. Həmçinin beynəlxalq qurumlara təqdim ediləcəkdir.

Xatırladaq ki, ictimai birlik bundan əvvəl 3 dildə "Qarabağ abidələri", "Qarabağ yaddaş" kitablarını, ingilis dilində "Qarabağın Xristian abidələri” və "Qafqazın konservatoriyası" , "Qarabağın mədəniyyət xəzinələri”, ingilis, rus dillində "Azərbaycanın işğal olunmuş ərazilərində doğulan görkəmli şəxsiyyətlər” , rus dilində "Qarabaq muharibəsi: Xronika(1988-94)” , "Qarabağ təbiəti”  sənədli filmlərini hazırlayıb.



SON XƏBƏRLƏR