04-07-2018 [11:40]
Mingəçevirdəki "Azərbaycan İES”-da baş verən hadisə həmçinin "Azərenerji” ASC-nin statusunun dəyişdirilməsi və çevik idarəetmə mexanizminin formalaşdırımasını da aktuallaşdırır.
Bu barədə Mia.az-a danışan iqtisadçı Vüqar Bayramo bildirib ki, 2017-ci ildə "Azərenerji” enerji satışından 1 milyard manatdan artıq gəlir əldə edib:
"Bu o deməkdir ki, vətəndaşlar və eləcə də iş adamları sözügedən quruma il ərzində belə böyük məbləğdə ödəniş ediblər. Qurumun enerji satışından əldə etdiyi gəlirinin yalnız ötən il 25.2 faiz artmasına baxmayaraq, "Azərenerji”nin zərəri 602,873 milyon manat olub. Halbuki 2016-ci ildə adıçəkilən cəmiyyətin zərəri cəmi 108,928 milyon manat idi. Maraqlıdır ki, 2016-cı ildə "Azərenerji”nin elektrik enerjisi satışından əldə etdiyi gəliri 807 milyon manat təşkil edib. Yəni, 2017-ci ildə "Azərenerji”nin elektrik enerjisi satışından əldə gəlirinin əvvəlki illə nisbətən 200 milyon manata yaxın artmasına baxmayaraq qurumun zərəri ötən il 6 dəfə çoxalıb”.
İqtisadçı deyib ki, "Azərenerji” ASC eyni zamanda ən çox xarici borcu olan səhmdar cəmiyyətlərindədir:
"Cəmiyyətin hazırda 1 milyard 951 milyon manat kredit və borc vəsaitləri üzrə öhdəliyi var. Bununla yanaşı, ticarət və digər kredit borcları üzrə öhdəliyi də 470 milyon manatdan çoxdur. Bütövlükdə isə cəmi kapitalı 1 milyard manatda bir az atıq olan "Azərenerji”nin yığılmış zərəri 2 milyard 123 milyon manata çatıb.
Bundan başqa, sözügedən qurum dövlətdən ən çox maliyyə dəstəyi alan təşkilatlardandır. 2018-ci ilin dövlət büdcəsinə dəyişiklər edilərkən "Səngəçal” modul tipli elektrik stansiyasının yaxınlığındakı sahədə tikintisi nəzərdə tutulan 385 meqavatlıq istilik elektrik stansiyası üçün avadanlıqların satınalınmasının həyata keçirilməsi və bununla bağlı texniki dəstəyin göstərilməsi ilə əlaqədar imzalanmış müqavilələr üzrə Finlandiyanın "Wartsila” şirkəti qarşısında yaranmış öhdəliyə görə qalıq borcun ödənilməsi ilə əlaqədar "Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin nizamnamə kapitalının artırılması üçün 81.4 milyon manat vəsait ayrılıb. Dövlət Neft Şirkəti tərəfindən idxal olunan təbii qazın "Azərenerji” Açıq Səhmdar Cəmiyyətinə müqavilə dəyərindən aşağı qiymətə satışına görə yaranmış zərərin örtülməsi üçün dövlət büdcəsindən 300 milyon manat subsidiya olmaqla vəsait ayrılıb.
Göründüyü kimi, "Azərenerji” ASC-ə böyük həcmdə maliyyə dəstəyinin olmasına baxmayaraq qurum ən borclu təşkilatlar siyahısındadır”.
V.Bayramovun sözlərinə görə, son 2 gündə baş verənlər elektrik sisteminin modenləşdirməsində problem olduğunu göstərdi:
"Buna görə də, sözügedən qurumun sağlamlaşdırılması ilə yanaşı bu sektorda şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə ciddi ehtiyac var. Sonda xatırladım ki, İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) 2012-ci ildə hökumətə təqdim etdiyi təkliflər paketində "Azərenerji” ASC-nin ləğv edilməsi və enerji sektorunda vahid qurumun yaradılması təklif olunurdu”.
Ceyhun Bayramov İran səfiri ilə bir arada: nələr müzakirələr olunub?
Əməkdar artist Cavanşir Məmmədov vəfat edib
Medianın İnkişafı Agentliyi jurnalistlərə çağırış edib - Səbəb
Zakir Həsənov Quru Qoşunlarının generallarını topladı, tapşırıqlar verildi - MN-də müşavirə (VİDEO)
Sabah hava necə olacaq? - Proqnoz
BMT-nin Baş katibindən Bakı ilə İrəvan arasındakı anlaşmaya reaksiya: "Razılaşmanı alqışlayırıq"
Bakıda 21 yaşlı oğlan 22 yaşlı qızı bıçaqladı
"Qazaxlı Alik"in oğlu Fuad Muradovun məhkəməsi başlayır
Blinkendən 4 kəndinin Azərbaycana qaytarılması haqda - Açıqlama
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampın məhkəməsinin qarşısında bir nəfər özünü yandırıb
Mətbuat katibi: "Dörd kəndin Azərbaycana qaytarılması çoxdan gözlənilən tarixi hadisədir"
Buraxılış imtahanının nəticələri elan olunub
Hal şahidləri ilə bağlı qanuna dəyişiklik olub
Uşaqların peyvəndlənməsi barədə əmr imzalanıb
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
Qəzzada daha 9 dinc fələstinli həlak olub
İLHAM ƏLİYEV MOSKVADAN SONRA ALMANİYAYA GEDƏCƏK - Tarix bəlli oldu
Universitetin sözçüsü vəzifədən ayrılıb
Prezident İlham Əliyev Rusiyaya gedir
“AzəriMed” QSC-lə bağlı məhkəmə qalmaqalı yaranıb
Partiya sədri özünə yeni müşavir təyin edib
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
Keşlədə saxta məhsullar istehsal edən sexlər aşkarlanıb
TOVUZDA ŞOK OLAY: 34 YAŞLI QADIN YANDIRILDI - 22 yaşlı oğlan tərəfindən (YENİLƏNİB)
G7 ölkələrindən rəsmi Bakı və İrəvana çağırış: "Gücdən istifadə etməmək, suverenliyə hörmət..."
Baş prokurorun Çinə işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
Türkiyədə güclü zəlzələ olub
Naxçıvanda yoxlama: 15 iş üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim olunub
Xocavənddə fermada partlayıcı maddələr aşkarlanıb
Sabahın hava proqnozu açıqlanıb
Kirayədə yaşayan BDU-nun tələbəsi özünü öldürüb (Yenilənib)