ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı Hack forumu Hack forumu PDO Kullanımı Warez Mavi orkide Nazir Baş katiblə görüşdü: "Dilqəm Əsgərovla Şahbaz Quliyev erməni girovluğundan azad edilməlidir" - mia.az
Şriftin ölçüsü / 178 dəfə oxunub

Nazir Baş katiblə görüşdü: "Dilqəm Əsgərovla Şahbaz Quliyev erməni girovluğundan azad edilməlidir"

03 Iyul 2018 [17:13]
Xarici işlər naziri Elmar Məmmədyarov Beynəlxalq Qırmızı Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının (IFRC) baş katibi Elhadc As-Sini qəbul edib. 

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, görüşdə Azərbaycan və federasiya arasında mövcud münasibətlərin cari vəziyyəti və gələcək inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb, tərəflər arasında mövcud olan uğurlu əməkdaşlığın gələcəkdə daha da gücləndirilməsinə ümid ifadə edilib.

Baş katib Elhadc As-Sini Azərbaycanı təmsil etdiyi cəmiyyətin fəal tərəfdaşı adlandırıb, ölkədə humanitar sahədə görülən işlərdən və əməkdaşlığın hazırkı səviyyəsindən məmnunluq ifadə edi.

Görüşdə həmçinin, milli cəmiyyətlərin fəaliyyətinin artırılması, milli və regional səviyyədə həyata keçirilən layihələr, humanitar fəaliyyətin dəstəklənməsi istiqamətində atılan addımlar ətrafında fikir mübadiləsi aparılıb.

Nazir Elmar Məmmədyarov Azərbaycan Xarici İşlər Nazirliyi nəzdində Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) müxtəlif ölkələrdə həyata keçirdiyi layihə və proqramlar, habelə humanitar yardım sahəsində həyata keçirdiyi işlər barədə qarşı tərəfə məlumat verib.

Baş katib Azərbaycan Respublikası XİN tərkibində yaradılmış beynəlxalq humanitar və inkişafa yardım fəaliyyətini həyata keçirən Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyi (AİDA) haqqında məlumatlı olduğunu və sözügedən qurumun fəaliyyəti və layihələri ilə yaxından tanış olmaqda maraqlı olduğunu bildirib.

E.Məmmədyarov həmsöhbətə Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində 4000 nəfərdən artıq azərbaycanlının itkin düşmüş hesab olunduğu barəsində məlumat verib və Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Kəlbəcər rayonunda ata-analarının qəbirlərini ziyarət edərkən girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsinin vacibliyinə diqqəti çəkib. 


ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı Hack forumu Hack forumu PDO Kullanımı Warez Mavi orkide
SON XƏBƏRLƏR